Əlillik təyinatları araşdırılacaq - SAHİL BABAYEVDƏN SƏRT XƏBƏRDARLIQ
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, S. Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının Nazirlik qarşısında əsas vəzifələrdən olduğunu vurğulayıb.
Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz. “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir,” – deyə S. Bbayev bildirib.
Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S. Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq Nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri təkmilləşdirmələr aparılacaq.
Həmçinin, əlilliyin qiymətləndirilməsi hazırda səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq. Nazir qabaqcıl beynəlxalq meyarlara uyğun olaraq, əlilliyin əmək qabiliyyətinin itirilmə faizinə uyğun qiymətləndirilməsi sisteminin yaradılmasının da əsas hədəflərdən olduğunu bildirib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
S. Babayev diqqətə çatdırıb ki, əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib və bu sahədə ciddi dönüş yaradılması, reabilitasiya səviyyəsinin artırılması üçün Fərdi Reabilitasiya Proqramının, Nazirliyin bərpa mərkəzləri ilə bağlı konkret hədəfləri müəyyən edən konsepsiyanın hazırlanması təmin olunacaq.
Respublikanın bölgələri üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırmanın da aparıldığını diqqətə çatdıran S.Babayev Xidmətin kollektivinə konkret tapşırıqlarını verib. Müşavirədən sonra nazir Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin fəaliyyəti, burada əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial ekspertiza xidmətinin vəziyyəti ilə yaxından tanış olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 d. əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 33 d. əvvəl
- 46 d. əvvəl
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Ən çox oxunanlar
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
















.jpg)

.jpg)

