Kredit alanlar üçün yenilik var – YENİ GİROV NÖVÜ
Azərbaycanda bankları və kredit götürən müştəriləri narahat edən əsas problemlərdən biri – girov məsələsinin həlli üçün yeni imkan yaranıb. Bu barədə iqtisadsadçı-ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə girov mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var. Bu sahədəki çatışmazlıqlar kreditin qaytarılmadığı hallarda girovun bankın nəzarətinə keçməsinə və satışında problemlər yaradır: «Həmin şəxs krediti qaytara bilməyəndə banklar onu məhkəməyə verir və bu vəziyyətdə müştəri qarşılıqlı iddia qaldırır. Məhkəmə çəkişməsi 3-4 aydan başlayır, hətta iki ilədək davam edə bilər. Bu müddətdə banklar buna həm vaxt sərf edirlər, həm işçi ayırırlar, yəni vəsaitləri gedir».
Digər tərəfdən, girov hətta bankın sərəncamına keçəndə də onun satışında problemlər var: «Xüsusilə, girov kimi götürülmüş regiondakı daşınmaz əmlakı satmaq çox çətinlik yaradır. Buna görə də, banklar, xüsusilə də regionlarda olan daşınmaz əmlakı girov kimi qəbul etməkdə maraqlı deyillər».
Öz risklərini sığortalamağa çalışan banklar girovla kredit götürən müştərilərə qarşı ağır şərtlər irəli sürürlər. Belə ki, Azərbaycanda banklar ən yaxşı halda daşınmaz əmlakın 50%-i dəyərində kredit verirlər. Halbuki xarici ölkələrdə bu göstərici daha böyükdür. Bundan başqa, banklar girovun tez satılması üçün onu dəyər-dəyməzinə satmağa çalışarlar: «Məsələn, girov bankın nəzarətinə keçdikdən sonra banklar onu tezliklə satmaq üçün çox ucuz qiymət qoyurlar. Belə olanda isə zərbə müştəriyə dəyir».
Ekspert deyir ki, vəziyətdən çıxış yollarından biri girov kimi daşınmaz əmlak əvəzinə qiymətli kağızlardan istifadə edilməsidir: «Banklar ilk növbədə girovun likvidliyi barədə düşünürlər, yəni fikirləşirlər ki, hər hansı səbəbdən kredit qaytarılmazsa, bu girovu qısa vaxt ərzində necə pula çevirmək mümkündür. Yəni girovu rahat satıb, pul əldə etsin və onu kreditin bağlanmasına yönəltsin».
Qeyd edək ki, hazırda Azərbaycanın daşınmaz əmlak bazarında girov kimi istifadə oluna biləcək qiymətli kağızlar çox deyil. Bunlar Maliyyə Nazirliyinin manatla buraxdığı Dövlət Qısamüddətli İstiqrazları və dollarla buraxılmış SOCAR istiqrazlarıdır. Böyük likvidliyi olduğuna görə, bu kağızları banka girov qoymaq üçün istifadə etmək olar. Xüsusilə SOCAR istiqrazlarına bazarda böyük tələbat olduğuna və rahat şəkildə alınıb-satıldığına görə, istiqraz sahibləri onları banklara girov qoyaraq kredit əldə edə bilərlər.
«Əgər hansısa şirkətin qiymətli kağızları varsa və onlara bazarda etibar və yüksək tələbat varsa, banklar həmin kağızlardan girov qismində istifadə edə bilir. Və pobleem də yarananda bank bilir ki, həmin qiymətli kağızları, yəni istiqraz və ya səhmi bazapda dərhal satıb pula çevirə biləcək»-deyə Samir Əliyev bildirib.
Qeyd edək ki, 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının nominal dəyəri 1000 dollardır. Dollarla buraxıldığına görə, banklar dollaın məzənnəsinin artacağından narahat olmayaraq bu girovun müqabilində həm dollar, həm də manat krediti ayıra bilərlər. İstiqrazları istənilən vaxt pula çevirmək mümkün olduğuna görə, bankların likvidliklə bağlı da narahatlığı olmayacaq.
Ekspertlərin fikrincə, belə girov variantı fiziki şəxslərlə yanaşı, sahibkarlar və biznes strukturları, xüsusilə də sığorta şirkətləri üçün çox əlverişlidir. Xüsusilə təcili vəsait tələb olunduğu zaman şirkətlər SOCAR istiqrazlarını girov kimi istifadə edib qısa müddətdə banklardan kredit cəlb edə bilərlər. Öz növbəsində bankların da bu girovla bağlı narahatlıqları olmayacaq.
Məsələ bundadır ki, SOCAR bu istiqrazların istənilən vaxt, azı nominal dəyərinə, yəni 1000 dollardan alınmasına təminat verib. Buna görə də, kreditin qaytarılmayacağı təqdirdə banklar bu girov kimi qoyulmuş istiqrazları anındaca təkrar bazarda sata və ya SOCAR-a qaytararaq pula çevirə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 5 saat əvvəl
-
6 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
6 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 6 saat əvvəl
-
7 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
7 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
8 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
















.jpg)







