Yemək sektorunda markalaşan şirkət - "Ləziz Catering"
Son illər ölkəmizdə bir çox katerinq şirkətləri fəaliyyətə başlayıb. Həmin şirkətlərdən biri də "Ləziz Catering"dir.
Şirkətdən bildirildi ki, "Ləziz Catering" işə professional yanaşması, yüksək səviyyəli xidməti və keyfiyyətə önəm verməsi ilə qısa zamanda ətrafına geniş müştəri kontingenti toplayaraq seçilmiş bir marka olmaq yolunda irəliləyir. Şirkətin, sahəsi 500 kv.m-dən artıq olan və dünya standartlarına cavab verən mətbəxi müasir avadanlıqları ilə təchiz edilib.
“UĞURUN SİRRİ YEMƏYİN SEVGİ İLƏ BİŞİRİLMƏSİDİR”
“Uğurumuzun sirrini 3 sözlə ifadə etmiş olsaq - keyfiyyət, təmizlik və sevgi deyərdik. Yeməyin dadı, keyfiyyəti ilə yanaşı, diqqət ayırdığımız digər önəmli nüans təmizlik olduğundan, hazırladığımız ləzzətlərin bütün gigiyenik qaydalara uyğun şəkildə bişirilməsinə və təqdim olunmasına çalışır, ən incə ayrıntılara qədər nəzər yetiririk. Bir yeməyin uğuru isə onun sevgi ilə, həvəslə bişirilməsindən asılıdır”, - şirkətdən qeyd edildi.
Müştəri məmnuniyyəti, peşəkar işçi heyəti və qida təhlükəsizliyi sahəsində göstərdiyi xidmətlərlə yemək sektorunda daima qabaqcıl pillələrdə dayanan firma olmaq "Ləziz Catering" xüsusi missiyasıdır:
“Məqsədimiz - yemək sektorunda qida təhlükəsizliyinə və insan sağlamlığına dəyər verən müştərilərin üstünlük verdikləri brend olmaqdır”.
“İŞÇİ SAYI 20-1000 ARASI VƏ DAHA ÇOX OLAN ŞİRKƏTLƏRƏ XİDMƏT GÖSTƏRİRİK”
"Ləziz Catering"dən bildirildi ki, Bakıda fəaliyyət göstərən və işçi sayı 20-1000 civarında və ya daha çox olan müştərilərə üçün çatdırılma xidməti də həyata keçirilir: “Yeməklər öz mətbəximizdə keyfiyyət standartlarına cavab verən şəkildə hazırlanaraq müştərinin ünvanına çatdırılır, istəyə uyğun olaraq ofisiant və təmizlik işçisi də təyin edilərək yeməkdən əvvəl hazırlıq və yeməkdən sonra təmizlik işləri və yeməkxananın təşkili xidməti təqdim edilir.
YEMƏK MENYUALARI
Çatdırılma xidmətində təqdim etdiyimiz menyular əsasən 4 növ yeməkdən təşkil edilmişdir. Ancaq müştərinin tələbinə uyğun olaraq xüsusilə əsas yeməklərin sayı artırıla bilər.
TERMOBOX QUTULARDAN İSTİFADƏ OLUNUR
Yeməklərin firmalara çatdırılması zamanı keyfiyyətinin itməməsi və xarab olmaması üçün böyük səy göstəririk. İlk növbədə temperaturunu və keyfiyyətini itirməməsi üçün termobox qutulara qablar yerləşdirilir, qapaqları yaxşıca bağlanılır və streçlənir. Həyata keçirilən bütün işlərdə işçilərimiz müvafiq yerlərdə əlcək və baş örtüyündən istifadə edir ki, beləcə təmiz və etibarlı çatdırılma xidməti həyata keçirilir”.
Həmçinin Şirkətdən bildirildi ki, “Ləziz Catering” “İlin ən yaxşı katerinq şirkəti” nominasiyası üzrə “Navigator Business Award 2017” mükafatıana da layiq görülmüşdür.
“Ləziz Catering” MMC
Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 238
Tel: +99412 409-59-11
+99450 559-91-11
+99470 559-91-11
Sosial şəbəkələr
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
2 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
3 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
3 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb














.jpg)








