Səyahət üçün pulsuz bank kartları !
(®) Bank Respublika səyahət üçün pulsuz bank kartları təklif edir.
Yay məzuniyyətinə hazırlaşan zaman hansı xərclik pulu və həmin məbləğin harada saxlanılması sualı ortaya çıxır. Səyahət vaxtı vəsaitin daha etibarlı yerdə saxlanılması və rahat şəkildə ödənişlər etmək üçün Bank Respublika bir sıra ödəniş kartları təklif edir.
Məzuniyyət mövsümü ərəfəsində istənilən şəxs MasterCard və ya Visa plastik kartlarını tamamilə pulsuz əldə edə bilər.
Kartı sifariş etmək üçün bankın istənilən ofisinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etmək kifayət edir. Vaxtınıza qənaət etmək üçün isə kartı onlayn birbaşa bankın rəsmi saytından sifariş etmək olar. Əlavə olaraq bank Sizə Mobil və İnternet Şöbə xidmətlərinə qoşulmanı hədiyyə edir.
Bank Respublikanın plastik kartları geniş partnyor şəbəkəsinin bonus sistemi sayəsində səbirsizliklə gözlədiyiniz səyahətə hazırlıq üçün tam yerinə düşəcək. Məsələn, turistik paket və ya digər alışlar etdikdə məbləğin 25%-dək hissəsini bonus şəklində geri almaq mümkündür. Bankın partnyorları haqqında daha ətraflı məlumat www.paykart.az saytında verilir.
Bank Respublika kartlarının vacib üstünlüyü ondadır ki, kart əməliyyatları üzrə konvertasiya üçün əlavə komissiya tutulmur. Bundan əlavə, kartlar üzrə konvertasiya bank tərəfindən müəyyən edilmiş xüsusi məzənnə ilə həyata keçirilir (ABŞ dollarında olan kartlarda isə xüsusi komissiya nəzərdə tutulub). Həmçinin, tez-tez səyahət edən müştərilərin tələblərini nəzərə alaraq, avronun ABŞ dollarına qarşı xüsusi kart məzənnələri tədbiq edilir.
Premium kart sahibləri üçün daha böyük qüzəşt və üstünlüklər təklif olunur (məsələn, Mastercard və Visa Gold, Platinum, Mastecard Black edition və ya Visa Infinite WorldElite) – daim əlavə bonus və mükafatlar istirahətinizə daha bir rəng qatacaq.
Xaricə səfər edənlər üçün Bank Respublikanın bir neçə tövsiyəsi var: ödənişlərə nəzarət etmək üçün SMS-bildiriş xidmətinə qoşulma, bankla təcili əlaqə üçün telefon, kart əməliyyatlarını rahat yerinə yetirmək üçün isə Mobil Şöbə əlavəsi.
Onu da qeyd edək ki, Bank Respublikanın bütün kartları kontaktsız ödəniş funksiyasına malikdir. Bu funksiyanın rahatlığı ödənişi qısa müddətdə yerinə yetirmək vacib olan yerlərdə özünü təsdiq edir: YDM-də, kafedə və ya taksidə.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 52 d. əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb













.jpg)











.jpg)

