“Hökumət istefa verməyəcək”

“Hökumətin istefa verəcəyini düşünənlər səhv edirlər”.
“TASS” xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ölkədəki iqtisadi problemlər və hökumətin istefası çağırışlarına münasibət bildirərkən deyib.
“Biz səlahiyyət müddətimizin sonuncu gününədək vəzifəmizi icra edəcəyik”, - deyə H.Ruhani vurğulayıb.
Milli valyutanın devalvasiyası ilə əlaqədar İran parlamentinin 50 deputatı iqtisadiyyat və maliyyə naziri Məsud Karbasianın istefası tələbi ilə imza toplamışdı.
İyunun 28-də İran parlamentinin sədir Əli Laricani yaranmış vəziyyətlə bağlı bildirib: “İranlılar bütün fikir ayrılığını başqa vaxta saxlamalıdır. Cari problemlərin həlli üçün hakimiyyətin bütün qolları səylərini birləşdirməlidir”.
Qeyd edək ki, iyunun 25-də Tehranda və İranın bir sıra şəhərlərində milli valyutanın devalvasiyasına etiraz olaraq, aksiya keçirilib. Bəzi məlumatlara əsasən, etirazlar hələ də davam edir.
Son günlər İranda “qara bazarda” 1 dollar 90 min rial dəyişdirlir. Bu rəqəm mayda 65 min rial olub.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
23 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
23 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 23 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
