"Beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi xəbəri əsassızdır"
“Bəzi KİV-də Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə əsassız məlumatlar yayılıb”. "Marja" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir.
“Xatırladırıq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədır”,- Nazirliyin məlumatında deyilir.
Xəbər verdiyimiz kimi, Azərbaycanın mobil operatoru Bakcell şirkəti, bu gün abunəçilərinə beynəlxalq zənglərin qiymətinin dəyişəcəyi barədə mesaj göndərib.
Mesajda “Hörmətli Abunəçi, Tarif Şurasının qərarına əsasən 14 fevral 2017-ci il tarixindən beynəlxalq zənglərin qiyməti dəyişərək 0,32 AZN/dəq təşkil edəcək” deyilir. Mobil operatorun mesajı bir çox abunəçilərdə çaqınlıq yaradıb və ya yeni tarifin müəyyən olunduğu kimi başa düşülüb.
Bakcell şirkətindən mesaj ilə bağlı “Marja”nın sualına cavab olaraq onu bildirildi ki, beynəlxalq zənglərin qiyməti (0,32 AZN/dəq) Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli, 6 №-li qərarı ilə nəzərdə tutulub.
“Satış şöbəsi tərəfindən şirkətimizin daxili imkanları hesabına bəzi müəssisələrə güzəşt edilərək bu xidmətlər daha ucuz qiymətə təklif olunurdu. Lakin 14 fevral 2017-ci il tarixindən etibarən bütün fiziki və hüquq şəxslər üçün beynəlxalq zənglərin qiyməti 0,32 AZN/dəq təşkil edəcək”,- deyə mobil operatorun cavabında bildirilir.
Qeyd edək ki, Tarif Şurasının müvafiq qərarına əsasən 2014-cü ilin 1 Yanvar tarixindən istiqmətdən asılı olmayaraq beynəlxalq zənglərin 1 dəqiqəsinin qiyməti 32 qəpikdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















