Paul&Shark – qarderobunuzda dəniz abu-havası
İtaliyanın ən tanınmış və əfsanəvi brendlərindən olan Paul&Shark –Neftçiləri pr-ti 151, Port Baku Mall ünvanında öz qapılarını açdı.
Bu gün 73 ölkədə, 458 şəhər və 474 satış nöqtəsində, dünyanın müxtəlif yerlərərində brendin məhsullarını tapmaq olar. Mağazalar yalnız Milanda- Via Montenapoleone, Paris - Rue du Faubourg St. Honore, New York - Madison Avenue və digər seçilmiş dəb mərkəzlərində yerləşir.
Paul & Shark tarixçəsi 1921-ci ildə başlanmasına baxmayaraq, öz indiki adını yalnız 70-ci illərdə aldı.
Şirkətin sahibi Paolo Dini dəniz səyahəti zamanı yelkən üzərində Paul&Shark yazısını gördü və bu brendin bütün konsepsiyasını müəyyənləşdirdi.
Paul&Shark brendinin ənənəvi rəngi tünd mavi, hədiyyə qablaşdırması isə xüsusi metal borulardır.
Mavidən başqa, Paul&Shark qeyri-adi rəng ahənglərindən də istifadə edir. Məsələn, bəzi köynəklər məşhur rəssamların əsərlərinin rəng palitrasını təkrar edir.
Sukeçirməyən parçalardan tikilmiş ultrayüngül godəkçəkərdə hər cür hava şəraitində dənizə çıxmaq olar. Paul&Shark mütəxəssisləri parçaların keyfiyyətinə xüsusi fikir verirlər. Sukecirməyən Typhoon parçası 20 metr dərinlikdə sınanıb və bir kvadrat santimetr üzərinə 20 000 damcı su təzyiqinə tab gətirə bilər. Həmçinin bu parça ultrafiolet şüalardan qoruyur və hava buraxır.
Paul&Shark brendinin öz moda fəlsəfəsi var. Bu, sözün tam mənasında idman üslublu geyim deyil.
Paul&Shark dənizdə, təbiət qoynunda və ya idman meydançasında keçiriləcək tətil, istirahət və asudə vaxt üçün geyimdir. Brendin alıcıları –dolğun həyat tərzi sürən kişi və qadınlardı.
Brendin məhsullarını 9 iyul tarixindən etibarən əldə etmək mümkündür. Butikdə idman, gündəlik və lyuks kişi kolleksiyaları təqdim olunacaq.
Ünvan Neftçiləri pr-ti 151, Port Baku Mall , +994 12 464 07 39
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır













.jpg)












