Əhali bu marketlərdən alış-verişə başlayıb, sayı sürətlə artır
"Topdan qiymətinə pərakəndə satış" şüarı ilə bazara yeni daxil olmuş “OBA” marketlər şəbəkəsi əhali tərəfindən bəyənilir.
“Marja” xəbər verir ki, bu marketlərdə qiymətlərin digər supermarketlər ilə müqayisədə xeyli aşağı olması alıcıları cəlb edir.
Bu gün Bakıda sayı sürətlə artan “OBA”lara Sumqayıt, Xırdalan və ətraf kəndlərdə, həmçinin də Lənkəran, Astara bölgəsində rast gəlmək mümkündür. Hazırda Bakı və regionlarda 226 “OBA” market fəaliyyət göstərir.
Şəbəkədən bildirilib ki, ölkəmizin digər rayon və şəhərlərində də “OBA” marketlərin açılması planlaşdırılır. Marketlərin bütün bölgələri əhatə etməsi qarşıya hədəf qoyulub.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi “discount” seqmentdə təmsil olunub. Belə ki,“OBA” marketlərdə daha çox markalaşmış məhsulların deyil, şəxsi markalar üzrə məhsulların satışına üstünlük verilir və bu da əhaliyə ucuz və keyfiyyətli istehlak malları təqdim etməyə imkan verir. Əksər hallarda markalaşmış məhsulların qiyməti, tanınmasına və geniş reklamına görə bahalı olur. Halbuki, eyni və ya daha yüksək keyfiyyətdə olan müvafiq məhsulu daha az tanınan markalar üzrə də əldə etmək olar.
“OBA” Marketlər şəbəkəsi Azərbaycanın iri istehsal və ticarət şirkəti “Veysəloğlu” Qrupuna bağlıdır. “Araz”, SPAR, "OBA" marketləri də bu qrupa bağlı olan ayrı-ayrı şirkətlər tərəfindən idarə olunur.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb




.jpg)









.jpg)



