Latviyada “Azərbaycan Ticarət Evi” açıldı
İyulun 23-də Latviyanın paytaxtı Riqada Azərbaycan Ticarət Evi açılıb.
Buununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Latviya bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Latviyada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.
Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub.
Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunur.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviyada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Latviyada Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya əlaqələri uğurla inkişaf edir. Latviyada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.
Azərbaycanın Latviya ilə investisiya əməkdaşlığından danışan Sahib Məmmədov qeyd edib ki, Azərbaycan tərəfdən Latviyaya 164 mln. dollar, Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına 84 mln dollar həcmində sərmayə qoyulub.
Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40 Latviya şirkəti fəaliyyət göstərir.
Latviya Respublikasının Azərbaycan-Latviya hökumətlərarası komissiyanın həmsədri, Latviyanın nəqliyyat naziri Uldis Auqulis Riqada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb. Arvils Aşeradens Latviya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini diqqətə çatdırıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.
Azərbaycan-Latviya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Kamran Bayramov Latviyada Azərbaycan Ticarət Evinin açılmasının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında önəmini vurğulayıb, iş adamlarını bu imkandan yararlanmağa dəvət edib.
Tədbir çərçivəsində Azərbaycanın “Kaslar” MMC və “Bina Aqro” MMC şirkətləri ilə Latviya şirkətləri arasında Azərbaycan istehsalı olan məhsulların Latviyaya ixracına dair Anlaşma Memorandumları imzalanıb.
Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Latviya Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradens ilə görüşüb, ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektiv əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
15 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























