“Muğanbank Çek” üzrə 19-cu tiraj keçiriləcək
(®) “Muğanbank” ASC-nin Ə.Rəcəbli küç. 21B ünvanında yerləşən baş ofisində, İyul ayının 30-da, saat 10:00-da “Muğanbank Çek” üzrə 19-cu tiraj keçiriləcəkdir.
“Muğanbank Çek”-lər üzrə hər tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edir. Maksimum uduş məbləği 10 000 AZN-dir.Bank tərəfindən 10 mln. manat dəyərində 200.000 ədəd “Muğanbank Çek” dövriyyəyə buraxılıb. Hər Çekin nominal dəyəri 50 manatdır. “Muğanbank Çek” sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.
“Muğanbank Çek” dövriyyədə olduğu müddətdə çek sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək. Muğanbank Çek sahibləri çekləri istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər.
Uduşa düşmüş istiqrazların nömrələri ilə həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və
ya www.muganbank.az saytına,həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
8 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
10 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






















