İlk MİT- Azərbaycan Startap Laboratoriyasının Təqdimat Günü keçirilib
Avqustun 9-da “SOCAR AQŞ” MMC-nin dəstəyi ilə ADA Universitetində ilk MİT- Azərbaycan Startap Laboratoriyasının təqdimatı keçirilib.
MMC-dən “Marja”ya daxil olmuş məlumata görə, MİT-nin müsabiqə komissiyası tərəfindən həyata keçirilən seçim prosesində 200-ə yaxın müraciətdən 29 ən istedadlı azərbaycanlı tələbə bu ilin iyun ayından etibarən ADA Universitetində təşkil olunan 7 həftəlik intensiv kursda iştirak etmək hüququ qazanıb.
Proqramda ADA Universitetinin, Xəzər Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin , Azərbaycan Dövlət İqtisad Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələri ilə yanaşı dünyanın tanınmış universitetlərində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.
Təqdimat günündə çıxış edən SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev kursu uğurla başa vurmaları münasibəti ilə tələbələri təbrik edib:
“SOCAR AQŞ dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu ilə birgə MİT-Azərbaycan Fondunun yaradılmasına dair bu ilin əvvəlində razılaşma imzalamışdır. Bildiyimiz kimi MIT- çoxsaylı elmi kəşflərin yarandığı məkandır. Təsadüfü deyil ki, biz məhz bu məşhur elm ocağının Startap Laboratoriyasını pilot layihə olaraq Azərbaycana gətirmişik. Azərbaycanda biznes innovasiyasına təkan verilməsi, rəqəmsal və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən bu layihə özünəməxsusluğu ilə fərqlənir. Biz bu layihə vasitəsilə milli səviyyədə müxtəlif ali məktəbləri, startap mərkəzlərini və akseleratorları bir araya gətirdik. Bu platformadan əldə etdiyiniz bilik və təcrübə öz ideyanızı biznesə çevirmək, innovativ xidmətlər göstərmək və yeni müştərilər əldə etmək baxımından sizin üçün dönüş nöqtəsi olacaq”.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə proqramın məzunlarına böyük nailiyyətlər arzulayıb:
“Azərbaycan gəncliyinin günbəgün artmaqda olan uğurunu izləmək olduqca xoşdur. Bu gün komandalar ölkənin gənc sahibkarlıq mühiti üçün çox maraqlı ideyalar irəli sürürlər. Bu ideyaların reallığa çevrilməsi üçün Təqdimat Günü açar rolunu oynayır. ADA Universiteti bu proqramda tərəfdaş kimi çıxış edərək innovativ ideyaların startaplara, daha sonra isə startapların uğurlu şirkətlərə çevrilməsi istiqamətində öz dəstəyini göstərməkdədir”’.
7 həftəlik intensiv kurs ərzində tələbələr öz innovativ ideyalarını təkmilləşdirmək üçün MİT–in müvafiq çərçivə prinsiplərini öyrənməklə yanaşı Azərbaycanda fəaliyyət göstərən yerli startap ekosisteminin nümayəndələri və akseleratorlarla görüşlər keçirmiş, müvafiq hamilərin iştirakı ilə seminarlarda iştirak etmişlər.
Tələbələr MİT-nin 24 mərhələdən ibarət biznes planını müvafiq qaydada mənimsəyib, öz məhsul və ya xidmətlərini prototip versiyada hazırlayaraq potensial investorlara təqdim ediblər.
29 tələbə 6 komandada birləşərək, təhsildə süni intellekt sahəsində innovasiya, İKT üzrə məlumat bazasının yaradılması, əyləncə və səyahət sahəsində funksionallığın tətbiqi ilə bağlı 5 veb platforma və 1 mobil applikasiya ilə tanınmış biznes qurumlarını təmsil edən münsiflər heyəti qarşısında çıxış ediblər. Münsiflər heyəti qiymətləndirilmə prosesi zamanı komandaların həllini gözləyən biznes problemləri düzgün müəyyənləşdirmələri, kritik biznes düşüncə qabiliyyəti, effektiv biznes model seçimləri, marketinq strategiyası, maliyyə modeli, hazırlanan məhsulların keyfiyyət və funksionallaığı, komandaların təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarını əsas götürüblər.
Qalib komandalar öz startap ideyalarını genişləndirmək istiqamətində ümumilikdə 12.000 AZN mükafat əldə ediblər (I yer 5000 AZN, II yer 4000 AZN və III yer 3000 AZN).
Müsabiqədə birinci yerə Dataforest, ikinci yerə LocalsAround, üçüncü yerə isə MasterMe komandaları layiq görülüb. Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmiş komandalar akselerator və startap mərkəzləri tərəfindən müxtəlif mükafatlara layiq görülüblər.
Tədbirin sonunda Startap Laboratoriyasını uğurla başa vurmuş məzunlara sertifikatlar təqdim olunub. Təqdimat Günündə dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, ali təhsil müəssisələrinin və KİV-nin nümayədələri iştirak ediblər.
SOCAR AQŞ və Massaçusets Texnologiya İnstitutunun (MİT) birgə təsis etdiyi MİT-Azərbaycan Fondunun yaradılmasında əsas məqsəd mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan şirkətlərin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompüter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir.
Qeyd edək ki, SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ ali məktəblərin 3-cü və 4-cü kurslarında, eləcə də maqistr dərəcəsində təhsil alan tələbələr üçün Yay təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbər üçün SOCAR AQŞ Təqaüdü təsis edilmişdir.
SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 d. əvvəl
Hyundai Servisdən zəmanəti bitmiş avtomobillər üçün yağdəyişmə kampaniyası
-
23 d. əvvəl
Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
-
25 d. əvvəl
Vergi-gömrük sahəsində güzəşt və azadolmalar təsnifləşdiriləcək
- 29 d. əvvəl
-
34 d. əvvəl
Ölkəyə gətirilən mobil telefonlar üçün gömrük rüsumunun necə hesablanacağı açıqlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir bp-nin regional prezidentilə görüşüb, razılıq əldə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
Vergi-gömrük sahəsində güzəşt və azadolmalar təsnifləşdiriləcək
Ölkəyə gətirilən mobil telefonlar üçün gömrük rüsumunun necə hesablanacağı açıqlanıb
Nazir bp-nin regional prezidentilə görüşüb, razılıq əldə olunub
"İran bizimlə ciddi şəkildə danışıqlar aparır"
Ən çox oxunanlar
Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı










.png)










