Mobil nömrənizin balansını smartfondan idarə edin!
“Bakcell”in yeni istifadəyə verdiyi özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti alətini – “Mənim Bakcellim” applikasiyasını təqdim edir.
Abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell virtual müştəri xidməti tətbiqetməsini onların ixtiyarına verir.
“Bakcell ölkənin telekommunikasiya bazarına ən son texnologiyaların, məhsul və xidmətlərin gətirilməsi baxımından həmişə yenilikçi olub. Azərbaycanın telekommunikasiya bazarında ən rahat və qabaqcıl müştəri xidməti alətinin məhz “ilk”lərə imza atan Bakcell tərəfindən yaradılması heç də təəccüb doğurmur. Tam əminliklə deyə bilərəm ki, təqdim etdiyimiz yeni “Mənim Bakcellim” tətbiqetməsi mobil rabitə sahəsindəki müştəri xidmətlərində rahatlıq, şəffaflıq və innovasiyadan ibarət tam yeni dövrün başlanğıcı olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.
Bu tətbiqetməni yükləyən Bakcell abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanları edə bilərlər:
-Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktiv etmək;
-İstifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək;
-Tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq.
Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, abunəliklər, tutulmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.
“Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkətimiz bunun üçün zəruri olan ən üstün və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. Abunəçilərimizin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı biz onları maksimum dərəcədə rahatlıq və şəffaflıqla təmin edirik. Yeni “Mənim Bakcellim” mobil tətbiqetməsi sayəsində bizim abunəçilərimiz müştəri xidmətinə getmək və ya məlumat mərkəzinə zəng etmək üçün vaxt itirməyəcəklər. Onlar sadəcə bu proqramı yükləməklə smartfon, planşet və ya kompüter vasitəsilə yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanırlar”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
“Böyük qürur hissi ilə deyə bilərəm ki, ölkənin bütün telekommunikasiya bazarı üçün unikal hesab edilən bu fürsəti ilk dəfə Bakcell təqdim edir. Hazırda bu misilsiz məhsulumuza böyük tələbat müşahidə olunur və bu xidmətdən istifadə edən Bakcell abunəçilərinin bu imkandan olduqca razı qalması bizi məmnun edir”, deyə T. Dimitrovski əlavə edib.
“Mənim Bakcellim” proqramından istifadə üzrə demo videosunu izləmək üçün aşağıdakı linkdən istifadə edin: https://www.youtube.com/watch?v=1aTUxAvyFSI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
8 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
8 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
8 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar

















.jpg)

