İnvestoru şəkərin "dadını" bilmədi - ƏN ÇOX ZİYANA SALAN VƏ GƏLİRLİ MƏHSULLAR

Əmtəə bazarlarında, şəkər həm iyul ayında, həm də ilin 7 aylıq dövrdə investorunu ən çox ziyana salan məhsul olub.
"Marja"nın əmtəə bazarlarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərindən topladığı məlumatlara görə, iyul ayında əmtəə qrupu investisiya alətlərindən 14-ü investoruna uduzdurub, yalnız 4-ü qazandırıb. İlin 7 aylıq dövründə isə 12 məhsul uduzdurub, 6 məhsul isə qazanc təmin edib.
İyul ayında investoruna kakao, nikel, Brent nefti, qızıl, platin, sink, qurğuşun, gümüş, qəhvə, mis, qaz, palladium, şəkər və alüminium ziyan yaratdığı halda, qarğıdalı, soya, buğda, pambıq qazanc gətirib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
İlin 7 aylıq dövründə isə soya, platin, sink, qurğuşun, gümüş, qəhvə, mis, qaz, palladium, şəkər və alüminium investorunu ziyana salıb, kakao, misir, nikel, buğda, Brent nefti, pambıq isə investoruna qazanc verib.
Qlobal ticarət gərginlikləri əmtəələrin dəyər itirməsinə səbəb olarkən, ABŞ-ın Çinə qarşı sanksiyalarına Avropa Birliyinin də qatılacağına dair proqnozlar da əmtəə qiymətlərinə mənfi təsir edib.
Əmtəə bazarında, şəkər həm iyul ayında həm də ilin 7 aylıq dövründə investoruna ən çox ziyan vuran məhsul olub. Baş verən ticarət müharibələri, dünyanın ən böyük şəkər idxalçılarından biri olan Çinin pul vahidinin dəyər itirməsi, şəkər tələbinin azalacağına dair yaranmış narahatlıqlar və Hindistanda şəkər istehsalının artacağına dair gözləntilər şəkər qiymətlərinin düşməsinə səbəb olub.
İyul ayında şəkər tozu 13,8 faiz ucuzlaşıb. Şəkərin ardınca 13,6% ilə kakao, 10,6 faiz ilə qurğuşun, 8,2 faiz ilə sink, 6,5 faiz ilə nikel, 6,4 faiz ilə Brent nefti, 5,9 faiz ilə mis, 4,8 faiz ilə qaz, 4,5 faiz ilə qəhvə, 3,6 faiz ilə gümüş, 2,4 faiz ilə alüminium, 2,2 faiz ilə qızıl və palladium, 1,5 faiz ilə platin gəlir. Şəkər, ilin 7 aylıq dövründə isə 30,4 faiz ucuzlaşıb. Bu dövrdə sink 19,7%, mis 13,5%, qurğuşun 13,2%, kofe 12,9 faiz, palladium 12 faiz, platin 9,6 faiz, alüminium və gümüş 8,4%, qızıl 6 faiz, təbii qaz 5,7 faiz, soya 5 faiz ucuzlaşıb.
BUĞDA HƏM İYULDA, HƏM DƏ 7 AYDA ƏN ÇOX QAZANDIRAN MƏHSUL OLUB
İyul ayında ən çox qazandıran məhsul isə buğda olub. Dünya buğda istehsalı proqnozlarında azalma və Avropada başlayan quraqlıq səbəbindən istehsal və keyfiyyətə dair narahatlıqlar buğda qiymətlərinin artmasına səbəb olur. Sözügedən dövrdə 10,4 faiz bahalaşan buğdanın ardınca 5,1 faiz ilə pambıq, 4,6% ilə soya və 3,5% ilə qarğıdalı yer tutur.
Buğda ilin 7 aylıq dövründə də 29,6% ilə ən çox qazandıran məhsul olub. Həmin dövrdə kakao 14,6 faiz, pambıq 13,9 faiz, Brent nefti 11,2% , nikel 10,7 faiz, qarğıdalı isə 6,1 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
1 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq
Ən çox oxunanlar

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
