Bazarlar bu çıxışı gözləyir
Bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen Senatın Bankçılıq Komitəsində, Çərşənbə günü isə Maliyyə Xidmətləri Komitəsində çıxışı gözlənilir. "Marja" xəbər verir ki, Yellenin əvvəlcədən hazırlanmış çıxışın mətnini oxuması və sualları cavablandırması gözlənilir.
Analitiklər bildirirlər ki, Fed sədri Janet Yellen Konqresdəki bugünkü çıxışında böyük ehtimalla növbəti faiz artırımı haqqında böyük bir ipucu verməyəcək, ancaq Yellen, Trump rəhbərliyinin ləğv etmək istədiyi böhrandan sonrakı bank qanunlarını müdafiə edəcəyi gözlənilir.
Yellenin edəcəyi çıxış Donald Trumpın vəzifəyə gəlməsindən bu yana ilk çıxışı olacaq.
Pul siyasəti tərəfində Yellenin növbəti toplantı ərəfəsində Fed-in variantlarını gündəmdə saxlaması gözlənilir. Az sayda investor Martın ortasında keçiriləcək iclasda Fed-dən bir həmlə gözləyir, bir çox Fed üzvü isə faiz artırmağın tərəfdarı olmadığını müdafiə edib.
Vaşinqtonda "Cornerstone Macro LLC"-nin ortağı Roberto Perli, "Yellenin Mart ayında faiz artırımı ehtimalını gündəmdə saxlayacağını və bu il 3 dəfə faiz artırımı sözündən geri addım atmayacağını düşünürük" deyib.
Fed-in pul siyasətini müəyyənləşdirən FOMC Dekabrdakı iclasında faizi 25 faiz bəndi artırmışdı. Növbəti iclas 14-15 Mart tarixlərində baş tutacaq.
Yellenin mövcud vəzifə müddətinin bitməsinə bir il qalmış, o yavaşca yaxşılaşan iqtisadiyyatla paralel bir şəkildə faizləri idarə etməyin yollarını axtarır. Yellen eyni zamanda, Trump rəhbərliyinin hazırda dəqiqləşdirmədiyi iqtisadi inkişaf planlarının yaratdığı qeyri-müəyyənliklə boğuşur. Trump 9 Fevralda qarşıdakı həftələrdə "fövqəladə" vergi planı açıqlayacağını bildirmişdi.
Yellen 19 Yanvardakı ən son çıxışında, ABŞ iqtisadiyyatının Fed-in 2 faiz inflyasiya və tam məşğulluq hədəfləri istiqamətində "çox inkişaf" etdiyini deyib. Yellen ABŞ iqtisadiyyatında həddən artıq "qızma" riski olmadığını bildirmiş Fed-in faiz nisbətlərini "mərhələli" artırmağa davam edəcəyini söyləmişdi.
O gündən bu yana Yanvar ayı məşğulluq göstəricisi işsizlik nisbətinin 4.8%-ə yüksəldiyini və maaşların yalnız mülayim artım göstərdiyinə işarə edib Ərzaq və enerji xaric, qiymətlərin ümumi səviyyəsi Dekabrda başa çatan 12 aylıq dövrdə 1.7% artıb.
Ancaq Trampın tətbiq edəcəyi maliyyə siyasəti hazırda investorların iqtisadi artım və inflyasiya gözləntilərini artırmaqla bərabər, qeyri-müəyyənliyini qoruyur. Trump kampaniyası müddətində vergi güzəştləri vəd edib, hərbi və infrastruktur xərclərini artırmaq və islahatlar sözünü vermişdi. Fed sədrinə bu siyasətlərə qarşı cavabının nə olacağı məsələsi mütləq soruşulacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)








.jpg)







