"Məşğulluq orqanları qarşısında sərt tələblər qoyulub, 7 min ailə cəlb olunacaq"
Məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində təkliflərin hazırlanması üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupunun iclası keçirilib.
Nazir S.Babayev yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə məlumat verərək bildirib ki, bu qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir.
Nazir yeni qanunda məşğulluq xidmətlərinin əsasən elektron müstəvidə təşkilinin irəli sürüldüyünü diqqətə çatdıraraq bildirib ki, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılmasını, həmçinin işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını və s. halları nəzərdə tutur.
Yeni qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək.
Sahil Babayev cənab Prezidentin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə məşğulluq altsisteminin yaradılması istiqamətində işlərin sürətləndiyini qeyd edib.
“Görülmüş bu işlər son nəticədə məşğulluq xidmətlərinin daha şəffaf və əlçatan olması, həmçinin qeyri-rəsmi məşğulluqla mübarizədə effektiv nəticələr verəcək”, - deyə nazir bildirib.
İcra olunan özünüməşğulluq proqramının əhəmiyyətindən danışan S.Babayev deyib ki, bu proqramla işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurması, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırması, həmçinin kiçik və orta sahibkarlığın inkişafı təmin olunur. İlin sonuna qədər ən azı yeddi min ailənin bu proqrama cəlb edilməsi qarşıya qoyulmuş hədəfdir. Bununla bağlı məşğulluq orqanları qarşısında sərt tələblər qoyulub. |
S.Babayev diqqətə çatdırıb ki, aparılan işlər çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin «Məşğulluq haqqında» Qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərilib.
İclasda əmək bazarının səmərəli tənzimlənməsi istiqamətində tədbirlər, normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırlması üçün görülən işlər, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün hazırlanan təkliflər, beynəlxalıq əməkdaşlıq müstəvisində icra olunan layihələr və s. müzakirə olunub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 21 saat əvvəl
-
1 gün əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
1 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu pisləşdirib









.jpg)


.jpg)






.jpg)



