“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“AtaSığorta” ASC İdarə Heyətinin sədr müavini Qoşqar Həsənovun "Marja"ya müsahibəsi
-Hörmətli Qoşqar müəllim, “AtaSığorta” Şirkəti haqqında qısa məlumat verməyinizi xahiş edirik.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətimizin ödənilmiş nizamnamə kapitalı 14,6 mln. manat təşkil edir. Şirkətimizin aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkətimiz 26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərməkdədir.
-Qeyd etdiniz ki, 30 növ üzrə sığorta xidməti göstərirsiniz. Müştərlərin daha çox üstünlük verdiyi sığorta növləri hansılardır?
Bəli, hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstəririk. Qeyd edim ki, bütün sığorta məhsullarından istifadə edilməsi vacibdir. Sığorta növləri iki hissəyə bölünür. Könüllü növlər və icbari növlər. Bu gün sığorta məhsulunu almaq istəyən müştərilər ilk növbədə icbari növləri alırlar. Sonra isə digər könüllü sığorta növlərini almağa səy göstərirlər.
-“AtaSığorta” könüllü sığorta növləri üzrə növbəti illərdə bazar rəqabətinə necə davam gətirmək niyyətindədir?
-Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. 2018-2020 ci illər üzrə şirkətimizin strategiyasına uyğun olaraq qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, bu il və növbəti illər üzrə könüllü satışlarımızı artıracağıq. Qeyd edə bilərəm ki, 2018-ci ilin 8 ayı ərzində könüllü satışlarımız ötən ilin eyni dövrü ilə müqayisədə 25 % artıb. Şirkətimiz könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsullarını bazara təqdim edib.
Sentyabr ayından etibarən daha bir yeni məhsul “Petrollu Kasko” məhsulu müştərilərə təqdim olunub.
Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin, xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fəaliyyətinin əsas prinsipi fiziki və hüquqi şəxslərə yüksək səviyyədə sığorta xidmətləri göstərməklə, onların təlabatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir.
-Qoşqar müəllim, könüllü növlər üzrə hansi yeniliklər olacaq? Satış üsulları dəyişəcəkmi?
- Təbii ki, hər zaman olduğu kimi bu sahədə yeniliklər olacaq. Məsələn, 2018 - cı il üçün əsas istiqamət həmişə olduğu kimi, sığortalıya və potensial sığortalıya maksimum yaxın olmaqdır. Satış strategiyamızda daim bazarın təlabatını nəzərə almağa çalışırıq. Belə ki həm icbari, həm də könüllü sığortada müştərilərlə danışıqlar aparırıq ki, onların sığortadan gözləntilərini müəyyən edib, tələbə uyğun məhsullar hazırlayaq. Məsələn, bu ilə maraqlı iki layihəmiz var, onu artıq açıqlamaq olar. Biz, yeni “Petrollu Kasko” məhsulunu və “Medical Travel” tibbi sığorta paketini Azərbaycan Respublikası ərazisində bütün (xarici və yerli vətandaşlar) səyahət edən şəxslər üçün hazirlamışıq. Hazırda “Petrollu Kasko“ üzrə reklam məsələləri və digər məzələlər tam şəkildə tamamlanmış və müştərilərin ixtiyarına verilmişdir. Həmçinin, “Medical Travel” tibbi sığorta məhsulunu tamamlanmaq üzərəyik və tezliklə bu layihəyə başlayacağıq.
-Qeyd etdiniz ki, sentyabr ayından “AtaSığorta” ASC sığorta bazarına yeni “Petrollu Kasko” məhsulunu təqdim edib. Xahiş edirik, “Petrollu Kasko” məhsulu haqqında ətraflı məlumat verərdiniz.
-Bəli, “AtaSığorta” ASC sentyabr ayından etibarən sığorta bazarına yeni “Petrollu Kasko” məhsulunu təqdim edir. Daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC bu dəfə fərqli və səmərəli şərtlərlə fiziki şəxslərə əlverişli avtomobil sığortası təklif edir. “Petrollu Kasko” məhsulunu əldə etdikdə müştəri həm avtomobili sığortalayır, həm də hədiyyə qazanır. Belə ki, bu məsulu əldə edən müştəriyə sığorta olunan avtomobilin bazar dəyərinin 1 %-i həcmində yanacaq hədiyyə edilir. Hədiyyə olunan yanacaq müştəriyə 2 hissədə təqdim olunur. Yanacağın 50 %-i müqavilə rəsmiləşdirilən zaman, 50 %-i isə 3 aydan sonra müştəriyə verilir.
“Petrollu Kasko” məhsulunu bazar dəyəri 10 000 manatdan 80 000 manatadək və istehsalı ili 2000-ci ildən yuxarı olan avtomobil sahibləri əldə edə bilərlər. Bu məhsulu aldıqda avtomobil tam dəyərində birdəfəlik sığortalanmalıdır və sığorta tarifi çox sərfəlidir. Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə sığorta haqqı 960 manata qədər təşkil edir və müştəriyə 300 manat dəyərində yanacaq hədiyyə olunur.
-“Petrollu Kasko” sığorta məhsulunu online almaq mümkündürmü?
-Bəli, həm “Petrollu Kasko” məhsulunu, həm də “AtaSığorta” ASC-nin digər məhsullarını “AtaSığorta” ASC-nin www.atasigorta.az internet səhifəsindən online sifariş etmək mümkündür. Həmçinin, “AtaSığorta” ASC-nin (012) 936 telefon xətti daim müştərilərin xidmətindədir.
-“Petrollu Kasko” məhsulunu əldə etmək üçün hansı sənədlər tələb olunur?
- Bunun üçün doldurulmuş ərizə forması, Sığortalı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti və avtomobilin hazırkı vəziyyətini təsdiq edən fotoşəkilləri tələb olunur.
- Azərbaycanda sığorta bazarının inkişafı ilə bağlı nə deyə bilərsiniz?
- Maliyyə Bazarlarına Nəzarət Palatasının və sığorta şirkətlərinin həyata keçirdiyi maarifləndirici layihələr təbii ki, bazarın inkişafına öz müsbət təsirini göstərmişdir. Dövlət nəzarət orqanın açıqladığı rəqəmlər bu inkişafı bir daha sübut edir. Deməli, bu il üzrə sığorta bazarı 40 %-dən çox genişlənib, yığımlar artıb. Bunu qənaətbəxş göstərici hesab etmək olar.
-Sonda əlavə etmək istədiyiniz nəsə qaldımı?
AtaSığorta şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə təşəkkürümüzü bildiririk. Biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Ona görə də bızım şuarımız “Sizinlə dost sığorta” dır. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq.
-Qoşqar müəllim, maraqlı müsahibəyə görə sizə dərin təşəkkürümüzü bildiririk.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
38 d. sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
12 d. əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
15 d. əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
32 d. əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
44 d. əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
2 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 2 saat əvvəl
Son Xəbərlər

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
Ən çox oxunanlar

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
