Azərbaycan un satışı üzrə MDB-də ikinci yerə çıxacaq
2022-ci ilə qədər Azərbaycan un satışı üzrə MDB-də ikinci yerə çıxaracaq, bazar payı 9,8% təşkil edəcək. “BusinesStat” şirkətinin analitikləri belə hesab edirlər.
“BusinesStat”ın tərtib etdiyi “MDB dövlətlərində un bazarının təhlili”nə əsasən, 2013-cü ildən 2017-ci ilədək regionda un satışı 14,2% azalıb: 22,1 mln. tondan 18,9 mln. tonadək. Bütün dövr ərzində göstəricinin illik 2,7-6% azalması müşahidə olunub.
MDB ölkələri arasında un satışının ən iri həcmi Rusiyanın payına düşüb. 2013-2017-ci illərdə ümumi göstəricidə bu ölkənin payı 2013-cü ildə 44,4%-dən 2016-cı ildə 50%-dək dəyişib. Bu göstərici üzrə ikinci yerdə Özbəkistan, üçüncü- Ukrayna, dördüncü isə Qazaxıstandır.
“BusinesStat”ın proqnozlarına əsasən, 2018-ci ildə MDB ölkələrində un satışı həcmi bir qədər artacaq (ötən ilin səviyyəsinə nisbətən 0,4%).
“2019-2022-ci illərdə göstərici illik orta temp ilə 0,2% azalacaq və proqnoz dövrünün sonuna 18,9 mln. ton təşkil edəcək. Rusiya MDB ölkələri arasında un satışı üzrə 49,8-50% çərçivəsində göstərici ilə lider olaraq qalacaq (2022-ci ildə 49,9%). 2022-ci ildə regionda un satışı üzrə ikinci yeri bazarın ümumi həcmindən 9,8% pay ilə Özbəkistanı geridə qoyaraq Azərbaycan tutacaq. 2022-ci ildə 3-cü yerdə 9,2% pay ilə Özbəkistan qərarlaşacaq. Qazaxısayn isə 4-cü yerini qoruyub saxlayacaq (8,5%)”, - “BusinesStat”ın məlumatında qeyd olunur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb







.jpg)








.jpg)





