Xurma bağında xəstəlik - MEYVƏLƏR TÖKÜLÜR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Göyçay rayonunun Qızılağac, Poti, Kürdəmiş kəndlərini əhatə edən 158 hektar xurma bağında fitosanitar müşahidələr aparılıb və 16 hektar sahədə xurma ağaclarının yarpaqlarında qonur ləkəlilik xəstəliyinə sirayətlənmə aşkar olunub.
Xidmətdən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində xəstəliyin törədicisinin göbələklərin olduğu müəyyən edildiyi üçün Göyçay rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri fermer təsərrüfat sahibləri ilə görüşlər keçirərək kimyəvi mübarizə tədbirlərinin aparılması ilə bağlı müvafiq tövsiyələr veriblər.
Fermerlərin nəzərinə çatdırılıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin əlamətləri aşkar olunub-olunmamasından asılı olmayaraq, mütləq ilkin yazdan başlayaraq profilaktiki mübarizə işləri aparılmalıdır. Mübarizə işləri çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra da bir neçə dəfə müxtəlif tərkibli preparatlardan istifadə etməklə davam etdirilməlidir.
Meyvə yığıldıqdan sonra xurma bağlarında kompleks mübarizə tədbirləri həyata keçirilməlidir. Xəstəliklə sirayətlənmiş bitki qalıqları, yarpaqlar yığılaraq məhv edilməli, aqrotexniki qulluq işləri aparılmalı (ağacların dibi bellənməli, budama işləri aparılmalı, vaxtı-vaxtında sulanmalı), bitkinin xəstəliklərə dayanıqlığını artırmaq üçün vaxtında üzvi və mineral gübrələr verilməlidir.
Təsərrüfat sahiblərinə məhsul yığımından sonra və ilkin yazda xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktiki olaraq Bordo mayesindən istifadə olunması tövsiyə olunub. Həmçinin, vegetasiya müddətində 70%-lik Tiofanat metil (Topsin-1,0-1,5 kq/ka), 50%-lik Benomil (Fundazol-1,0 kq/ha), 75%-lik Siprodinil (Xorus-0,35 kq/ha) və digər təsiredici maddələrdən olan fungisidlərdən istifadə etməklə mübarizə aparılması məsləhət görulub.
Məlumat üçün bildirək ki, bağlarda profilaktiki mübarizə tədbirləri aparılmadıqda, yarpaqların üzərində qonur ləkələr əmələ gəlir və bu səbəbdən xəstəlik qonur ləkəlilik adlanır. Xəstəliklə sirayətlənmiş yarpaqlarda qeyri-dəqiq, müxtəlif ölçüdə kənarları tünd mərkəzə doğru solğun qonur ləkələr formalaşır. Yarpaq üzərində ləkələr yayın ortası və sonunda havanın temperaturunun və nəmişliyin yüksək olması səbəbindən daha da intensiv inkişaf edir. Xəstəlik əsasən bitkinin yarpaqlarını sirayətləndirir, meyvələrdə çox az təsadüf olunur. Ciddi sirayətlənmiş ağaclarda yarpaqlar saralaraq tökülür. Sirayətlənmiş bitkilərdə fotosintez prosesi pozulduğu üçün meyvələr üzvi maddələrlə lazımınca təmin olunmur, normal fizioloji yetişmə getmir və meyvələr tökülməyə başlayır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 52 d. əvvəl
-
57 d. əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 59 d. əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
16 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi




















