Bu aqroparkın qərb bölgəsində analoqu olmayacaq
Tovuz rayonunda ikinci aqroparkın yaradılmasına başlanılmışdır.
"Marja" xəbər verir ki, yaradılan yeni "Tovuzaqro” MMC əsasən ekoloji cəhətdən təmiz heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olacaq. Bunun üçün Ceyrançöl massivində 550 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda ərazidə qızğın iş gedir. Artıq iri heyvandarlıq kompleksi üçün 1000 başlıq fermanın inşası və əkin sahələrində pivot suvarma qurğusunun quraşdırılması başa çatmaq üzrədir.
Bu il aqroparkın ərazisində 100 hektarda arpa, 50 hektarda soya, 290 hektarda yonca, 100 hektarda qarğıdalı səpilmişdir. Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Kür çayından 3 kilometr uzunluğunda su, 3 kilometr məsafədən elektrik xətti çəkilmişdir.
"Tovuzaqro” MMC-nın əraziləri qısa vaxtda yaşıl örpəyə bürünüb. İnsanlar yorulmaq bilmədən çalışır, bol məhsul üçün əllərindən gələni əsirgəmirlər. Bir tərəfdə suvarma, bir tərəfdə tikinti-quraşdırma işləri gedir. Təsərrüfatda hələlik 100 nəfər çalışır. Lakin bu, son rəqəm deyil. Aqroparkın fəaliyyəti genişləndikcə, işçilərin də sayı artacaq. Kollektivin üzvləri əməkhaqqından da razıdırlar. Onlar gündə 3 dəfə pulsuz yeməklə təmin olunurlar.
Parkın texnika ilə təminatı da qaydaya salınır. Belə ki, yaxın vaxtlarda bura 14 traktor və müxtəlif kənd təsərrüfatı texnikaları gətirilib. 3 taxıl qurutmaq və saxlamaq üçün bunker quraşdırılıb. 4 tövlənin tikintisində işlər sürətlə davam edir. Maşın və traktorların saxlanması üçün qaraj və təmir emalatxanası tikilir. Bu günlərdə 4 silos quyusu inşa edilərək onların doldurulmasına başlanılmışdır. Silosun basdırılması yeni texnologiya əsasında aparılır. Belə ki, yığılmış məhsul qurudulduqdan sonra basdırılır. Bunun üçün Türkiyənin "Most” şirkətinin istehsalı olan avadanlıqlardan istifadə edilir. Aqroparkda şirkətin nümayəndəsi Muhammad Köksanla görüşdük. Söhbət zamanı o dedi ki, bu üsul çox səmərəlidir. Silos quru halda basdırılanda uzun müddət keyfiyyətini saxlayır.
"Tovuzaqro” MMC-nin direktoru Arzuman Əhmədov isə bildirdi ki, bu aqropark respublikamızda sayca 17-cidir. Yaradılan bu park işə düşdükdən sonra burada 200 nəfərdən çox rayon sakini daimi iş yeri ilə təmin olunacaqdır. Parkın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur:
"Çalışırıq ki, layihədə nəzərdə tutulmuş bütün işlər öz həllini tapsın. Aqropark fəaliyyətə başlayandan sonra qərb bölgəsində onun analoqu olmayacaq. Belə ki, burada əkin sahələri ilə yanaşı, ən müasir ət kəsimi və baytarlıq məntəqələri olacaqdır ki, istənilən şəxs istədiyi vaxt heyvanını gətirib burada kəsdirdikdən sonra baytarlıq sertifikatı ala biləcək. Bir sözlə, əhalini ekoloji təmiz ət məhsulları ilə təmin etmək üçün bütün şərait yaradılacaqdır. Hazırda burada heyvandarlıq üçün yem bazası yaradılır. İndiyədək sahələrdən 365 ton arpa, 412 ton buğda, 150 ton ot tədarük edilib. Bu günlərdə 300 hektarda yetişdirilmiş qarğıdalının biçininə başlanacaqdır".
Tovuzda ilk aqropark "Aqro DAİR” MMC tərəfindən yaradılıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
























