Vergi güzəştləri veriləcək, maddi və qeyri-maddi təşviqlər tətbiq ediləcək
Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.
“Marja” Proqrama istinadən xəbər verir ki, görüləcək tədbirlərdən biri rəqəmsal ödənişlərin stimullaşdırılmasıdır.
Proqramda deyilir ki, Rəqəmsal ödənişlərin genişləndirilməsi üçün ən mühüm şərtlərdən biri institusional maneələrin aradan qaldırılmasıdır. Beynəlxalq təcrübə göstərir ki, nağdsız ödənişlərin genişlənməsi üçün yalnız məhdudlaşdırıcı inzibati qaydalar yetərli deyil, maddi stimullaşdırma tədbirləri (təşviqlər) daha effektivdir. İqtisadi stimullar vasitəsilə həm istehlakçıları, həm də biznes subyektlərini rəqəmsal ödənişlərdən daha aktiv istifadəyə cəlb etmək mümkündür. Nağdsız ödənişlərin stimullaşdırılması üçün bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur.
TƏDBİRLƏR
1. Təsərrüfat subyektlərinə və istehlakçılara nağdsız qaydada aparılan əməliyyatlar üzrə müddətli vergi güzəştlərinin verilməsi istiqamətində təkliflərin hazırlanması:
Təsərrüfat subyektlərini və istehlakçıları elektron ödənişlərə təşviq etmək üçün müddətli vergi güzəştləri ilə stimullaşdırma təklifləri hazırlanacaqdır. Təkliflərin hazırlanması zamanı beynəlxalq təcrübə və nağdsız ödənişlərin həcminə ehtimal olunan artım qiymətləndiriləcək və bu güzəştlərin verilməsinin məqsədəmüvafiqliyinə baxılacaqdır.
2. İstehlakçıların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq edilməsi:
Ödəniş xidməti təchizatçıları və bu Dövlət Proqramının Tədbirlər planında həmin tədbir üzrə nəzərdə tutulmuş aidiyyəti qurumlar istehlakçılara pərakəndə ticarət və ictimai iaşə müəssisələrində mal və xidmətlərin dəyərinin nağdsız ödənilməsi qarşılığında müxtəlif maddi və qeyri-maddi təşviqlər hazırlanacaq və tətbiq ediləcəkdir. Təşviqlərin nağdsız ödəniş dövriyyəsinə təsiri periodik əsasda qiymətləndiriləcəkdir.
3. Rəqəmsal bankçılığın təşviqi üzrə tədbirlərin həyata keçirilməsi:
Banklar tərəfindən müştərilər arasında kağız daşıyıcılarda sənədlərin təqdim edilməsinin aradan qaldırılması üçün internet və mobil bankçılıq xidmətlərinin müştərilər arasında təşviqi üzrə tədbirlər həyata keçiriləcəkdir. Banklar periodik əsasda müştərilərin məsafədən bank xidmətlərindən məmnunluq səviyyəsini müəyyən etmək üçün sorğu keçirəcək, xidmət haqlarının, istifadə şərtlərinin, istifadəçi interfeysinin müştərilər üçün əlverişli olmasını təmin edəcəklər.
Bu prioritetin həyata keçirilməsi üçün 5 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır.
Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 28 d. əvvəl
- 37 d. əvvəl
-
48 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 52 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)




.jpg)


.jpg)








