Xırdalanda daha bir yaşayış kompleksi tam istifadəyə verildi

(®) “Kristal Abşeron” daha bir yaşayış kompleksinin tikintisini tam yekunlaşdırıb istifadəyə verib. Söhbət Xırdalan şəhərində inşa edilən növbəti yaşayış kompleksi - “Xırdalan 2” layihəsindən gedir.
Şəhərin mərkəzində yerləşən layihədə artıq 1000 artıq ailə yeni mənzilə sahib olub. Digər mənzillərin satışı isə davam edir.
“Kristal Abşeron” arzuladığınız mənzili sizə təklif edir
Şirkət bu layihədə sakinlərin təklif və istəklərini, xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaradıb. Başqa sözlə, ev almaq arzusunda olan vətəndaşlar bütün suallarının cavabını bu layihədə tapacaqlar. Yaşayış kompleksi hər bir cəhətdən yeni sahiblərinin ürəyincə olacaq. Yeni binaların təmir-tikinti kefiyyəti, yerləşmə yeri, kommunikasiya və lazımı xidmətlərlə təmin edilməsi sakinləri bütün qayğılardan azad edəcək.
20 Yanvar Metrosuna 15 dəqiqəlik məsafə mənziliniz olacaq
“Xırdalan 1” layihəsi ilə yanaşı, “Xırdalan 2” yaşayış kompleksi də əsas magistrallara yaxınlığı ilə seçilir. 20 Yanvar Metrostansiyasına 15 dəqiqəlik, Sumqayıt yoluna isə 6 dəqiqəlik məsafədə yerləşir. Bakı Mühəndislik Universiteti, Riyad Ticarət Mərkəzi və “Bravo Supermarket” kompleksin yaxınlığındadır. Kompleksin ətrafında eyni zamanda kollec, məktəb, uşaq baxçası, Mərkəzi xəstəxana, bazar, bank filialları və supermarketlər fəaliyyət göstərir. Sakinlər istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün yaxınlıqda yerləşən Heydər Əliyev parkına üz tuta bilərlər.
Mənzillər bütün kommunal xidmətlərlə təmin edilib
“Xırdalan 2” layihəsi bütün kommunal xidmətlərlə təmin edilib. Yaşayış kompleksində ehtiyyat işıq generatorları və su çəni var. Mənzillərin istiliklə təmin edilməsi üçün fərdi kombi sistemi ilə qurulub. Şəxsi avtomobili olan sakinlər mənzillərinə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağından istifadə edə bilərlər. Təhlükəsizlik isə 24 saat təhlükəsizlik kameraları və mühafizə xidməti vasitəsilə təmin edilir. Binaların fasadı isə daş yunu ilə izolyasiya edilib. Bu material enerji sərfiyyatına 70%ə qədər qənaət etmə imkanı verir.
Tək şəxsiyyət vəsiqəsi ilə mənzil əldə etmə imkanı
Qeyd edək ki, tam təmirli mənzillər çıxarışla (kupça) təmin edilib. Mənzilləri nağd, həmçinin tək şəxsiyyət vəsiqəsi ilə 5 illik daxili kredit və 20% ilkin ödəniş olmaqla 25 illik ipoteka şərtilə ilə əldə etmək mümkündür.
Daha ətraflı məlumat əldə etmək istəyənlər *1544 nömrəsinə müraciət edə bilərlər.
Yaşayış kompleksinin dron görüntülərini linkdən izləyə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
