"Xəzərdən balıqların ovuna 10 şirkət üçün kvota ayrılıb"
Bu ilin yanvar ayından indiyə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində 10 hüquqi və 126 fiziki şəxs üçün 1087 ton kilkə, 88,7 ton siyənək və 397,1 ton axçalı balıqların ovuna kvota ayrılıb və balıqovlama biletləri verilib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Suğra İbrahimli deyib.
Onun sözlərinə görə, bu müddətdə sənədləri qaydasında olmadığı üçün 2 fiziki şəxsə etiraz olunub.
S.İbrahimli əlavə edib ki, balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama bileti ödənişlidir və 1 il müddətinə verilir:
"Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na görə balıq və digər su bioresurslarının sənaye ovuna kvota ayrılması və balıqovlama biletinin verilməsi proseduru 2 mərhələdən ibarətdir. 1-ci mərhələdə kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir. Eyni zamanda mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir. Ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xariçi vətəndaşlar üçün məbləğ 2 dəfə artıqdır".
Nazirlik rəsmisi qeyd edib ki, 2-ci mərhələdə artıq kvotanı almış balıqçı mütləq qaydada ETSN-in rəsmi saytının elektron xidmətlər bölməsindən “Sənaye balıq ovuna balıqovlama biletlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndində göstərilən ərizə formasını doldurur, tələb olunan sənədləri əlavə edir və 5 gün müddətində balıqovlama biletini ala bilir: "Əgər hər hansı balıqçı balıqovlama biletinin alınması ilə bağlı çətinliklə rastlaşarsa, departamentə və ya nazirliyin 168 nömrəli "qaynar xətt"inə müraciət edə bilər. Bütün prosedur şəffaf şəkildə elektron qaydada həyata keçirilir. Hazırda balıqovlama bileti almaq istəyən şəxslər üçün heç bir maneə yoxdur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)









