10,5 faiz gəlir vəd edən yeni istiqraz – İLK TRANŞ YERLƏŞDİRİLƏCƏK
Son 3 ili mənfəətlə başa vurmuş Bank Olmayan Kredit Təşkilatı "Embafinans" MMC bu ilin may ayında emissiya etdiyi istiqrazlarının ilk tranşını yerləşdirəcək.
“Marja” xəbər verir ki, şirkət bu ilin mayında hər birinin nominal dəyəri 1000 manat olan 4000 ədəd faizli, təminatsız, sənədsiz adlı istiqraz buraxıb (4 milyon manatlıq). Buraxılışın Baza Emissiya Prospektində bildirilir ki, bir illik istiqrazlar üzrə illik faiz dərəcəsi 10,5% təşkil edir. İstiqrazlar üzrə faizlər hər bir aydan bir ödəniləcəkdir. Emitent tərəfindən istiqrazların geri alınması nəzərdə tutulmamışdır. İstiqrazlar həm hüquqi, həm də fiziki şəxslər tərəfindən əldə edilə bilər.
2 TRANŞDA YERLƏŞDİRİLƏCƏK
İstiqrazlar tranşla yerləşdiriləcəkdir. Hər tranşın məbləği 2 milyon manatdan artıq olmamalıdır.
“Embafinans” istiqrazların ilk tranşını yerləşdirməyə hazırlaşır. Bakı Fond Birjasından “Marja”ya daxil olmuş məlumata görə, 3 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin 2 milyon manatlıq qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.
İlk tranşda“BOKT Embafinans”ın hər birinin nominal dəyəri 1000 manat olan 2000 ədəd faizli təmin edilməmiş istiqrazları ticarətə buraxılacaqdır. Ticarətin aparılacağı tarix hələlik açıqlanmayıb.
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
İSTİQRAZ BURAXILIŞININ SƏBƏBİ
İstiqraz təklifinin səbəbi “BOKT Embafinans”ın kreditləşməni artırmaq istəməsidir:
“Kredit məhsullarına tələbin artması fonunda, istiqraz buraxmaqla daha sərfəli şərtlə vəsait cəlb edib, əhalinin kredit tələblərini təmin etməyi nəzərdə tuturuq. İlk tranşda əldə edəcəyimiz vəsaiti yerləşdirdikcə növbəti tranş elan ediləcəkdir. Bu da faiz xərclərinin tənzimlənməsinə müsbət təsir göstərəcəkdir. Biz bazarda öz mövqeyimizi qoruyub daha da artırmaq niyyətindəyik”.
150 MİN MÜŞTƏRİYƏ 160 MİLYON MANAT KREDİT
“Embafinans” MMC mebel və məişət avadanlıqları bazarında lider olan partnyor təşkilatların mallarının satışını kreditləşdirir. “Embafinans” 2012-ci ildən bəri 150 minə yaxın müştəriyə xidmət göstərmiş, 160 milyon manata yaxın kredit vermişdir. Verilmiş kredilərin cəmi 0,5%-dən az hissəsi gecikmiş statusu almış kreditlərdir.
BU İL MƏNFƏƏTİ 6 DƏFƏYƏ YAXIN ARTIB
“Embafinans” son 3 ili mənfəətlə fəaliyyət göstərib. Şirkət 2015-ci ildə 119,5 min manat, 2016-cı ildə 1 milyon 332 min manat, 2017-ci ildə isə 706,8 min manat xalis mənfəət əldə edib. "Embafinans" MMC-nin xalis mənfəəti 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfəyə yaxın artaraq 782 min 940 manat təşkil edib.
Daha ətraflı Baza Emissiya Prospektində oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
12 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
12 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
12 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
13 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






















.jpg)
