Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb
“Günay Bank” ildən-ilə kiçilib.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 30 Sentyabr 2018-ci il tarixində “Günay Bank” 173 milyon 761 min manat cəmi aktivlərə malik olub. Bank ötən ilin sonunda 192 milyon 209 min manat, 30 Sentyabr 2017-ci tarixində isə 177 milyon 66 min manat cəmi aktivlərə malik idi.
Bankın müştərilərə verdiyi cəmi kreditlər isə 4 milyon manatdan çox və ya təxminən 3% azalaraq 135 milyon 419 min manata düşüb. 2017-ci ilin sonunda Bankın müştərilərə verdiyi kreditlər 139 milyon 498 min manat təşkil etmişdi.
Diqqəti cəlb edən şirkətlərin “Günay Bank”dakı hesablarında vəsaitlərin kəskin azalmasıdır.
Belə ki, cari ilin 9 ayında “Günay Bank”da depozitlər 16 milyon 231 min manat azalaraq 69 milyon 830 min manata düşüb. Ötən ilin sonunda “Günay Bank”ın depozit portfeli 86 milyon 61 min manata çatmışdı.
Hüquqi şəxslərin (şirkətlərin) tələbli depozitləri isə 31 milyon 643 min manat azalaraq 49 milyon 424 min manatdan 17 milyon 781 min manata, fiziki şəxslərin tələbli depozitləri isə 6 milyon 100 min manat azalaraq 9 milyon 16 min manatdan 2 milyon 916 min manata düşüb. O cümlədən, hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitləri 24 milyon 330 min manatdan 1 milyon 861 min manata, fiziki şəxslərin xarici valyutadakı tələbli depozitləri isə 5 milyon 354 min manatdan 1 milyon 860 min manata geriləyib.
Bankda Hüquqi şəxslərin müddətli depozitləri mövcud deyil.
Bankda fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) isə 21 milyon 512 min manat artaraq 27 milyon 621 min manatdan 49 milyon 133 min manata yüksəlib.
Rezident maliyyə institutları da "Günay Bank"a yatırdıqları depozitləri azaldıblar. Rezident maliyyə institutlarının depozitləri 15 milyon 476 min manatdan 8 milyon 541 min manata düşüb (6 milyon 935 min manatlıq azalma).
Kassasında vəsait azalan "Günay Bank" rezident maliyyə institutlarından əlavə kredit cəlb edib. Cari ilin 9 ayı ərzində rezident maliyyə institutlarından alınmış kreditlər 5 milyon 928 min manat artaraq 17 milyon 99 min manatdan 23 milyon 27 min manaat yüksəlib.
Bu il mətbuat “Günay Bank”da İdarə Heyəti sədri müavinin bankın pullarını mənimsədiyini yazmış və Bank isə məlumatı təkzib etmişdi.
Qeyd edək ki, "Günay Sığorta" şirkəti də bazardakı mövqeyini itirir. Avqust ayına olan məlumata görə,"Günay Sığorta" topladığı sığorta haqları azalan 7 sığorta şirkətindən biridir.
HƏMÇİNİN OXU:"Günay Bank" mənfəətini artırmağı nail olmayıb - VƏZİYYƏTİ MƏLUM OLDU
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
41 d. əvvəl
iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Ən çox oxunanlar
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır







.jpg)





.jpg)





