Taleh Kazımov, PAŞA Banka verilən mükafatı qəbul edib
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank nüfuzlu “SAP Value Award” mükafatı ilə təltif olunub.
PAŞA Bankın “SAP SuccessFactors” əsasında əməkdaşların effektivliyinin idarəolunması və qiymətləndirilməsi işinin avtomatlaşdırılması layihəsi “İnsanlar ən dəyərli kapitaldır” nominasiyası üzrə qalib olmuşdur.
Mükafat PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımova Azərbaycanda SAP nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov tərəfindən təqdim olunub.
Tətbiq olunan yeniliklər sayəsində Bank artıq ilk aylarda yeni heyətin məhsuldarlığının qiymətləndirilməsi sistemini qurub. Ən yeni bulud həllərinin tətbiqi Banka əsas effektivlik göstəricilərinin yerinə yetirilməsinə nəzarətlə yanaşı, əməkdaşların səriştələrini qiymətləndirməyə və liderlik keyfiyyətlərini inkişaf etdirməyə imkan verəcək: bir-biri ilə əlaqəli bütün göstəricilər vahid sistemdə nəzərə alınır. HR şöbəsinin mütəxəssisləri üçün nəzərdə tutulan analitik hesabatlar real vaxt rejimində avtomatik olaraq bir dəqiqədən az bir zamanda yaradılır.
Success Factors proqram təminatının işə salınması ilə Hədəflərin Bankın rəhbərliyindən bütün işçilərə paylanması işi asanlaşmışdır. Bankda tapşırıqların bir çoxu kollektivin qarşısında İdarə Heyətinin qəbul etdiyi qərarlara uyğun qoyulduğu üçün birbaşa rəhbərlər sistemdə bütün layihələrin yerinə yetirilmə statusunu, komanda tərkibini izləyir və bütün prosesi operativ şəkildə idarə edir. Bank əməkdaşları öz növbəsində məhsuldarlıqlarını sərbəst şəkildə izləyə və effektivliyin idarə olunması alqoritmlərini tənzimləyə bilir. Hesabat dövrünün yekunlarına görə əməkdaşlar aylıq kompensasiya barədə təfsilatlı forma ilə təmin olunur.
“İşçi heyətin ən yeni bulud həlləri əsasında idarə edilməsi proseslərinin avtomatlaşdırılması PAŞA Bankın fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb, həmçinin Bankın korporativ mədəniyyətində bəzi dəyişikliklərə səbəb olub. Belə ki, əməkdaşlar ümumbank məqsədlərinə nail olmaq üçün daha ahəngdar işləməyə başlayıb, bu isə 2018-2020-ci illər Strateji dövrün çərçivəsində agile-metodologiyasının və rəqəmsal həllərin tətbiqi üzrə planlarımızı çox gözəl əks etdirir. Tapşırıqların daha dəqiq qoyulması və heyətin əsas effektivlik göstəricilərinin təfsilatı ilə hesablanması imkanı Bankda əsas proseslərə müsbət təsir edir və regional miqyaslı qabaqcıl maliyyə institutu kimi PAŞA Bankın mövqelərinin möhkəmləndirilməsinə öz töhfəsini verir”, - deyə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib.
“SAP SuccessFactors həlli mürəkkəb strukturlu böyük kollektivlərdə vahid məqsədlərin qoyulması zəruriliyi ilə əlaqəli tapşırıqlar üçün optimaldır. Ümid edirik ki, PAŞA Bankda bu həllin uğurlu tətbiqi Azərbaycanda digər iri banklar üçün müsbət nümunə olacaq və onlar bulud həlləri vasitəsi ilə həyata keçirilən ən yaxşı dünya təcrübələrinə diqqət yetirəcək”, - deyə Azərbaycanda SAP nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
7 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)









