"ABŞ İraqdakı 15 milyard dollarlıq tenderə müdaxilə edib"
ABŞ rəhbərliyinin, İraqın "Simens"ə verməyi planlaşdırdığı 15 milyard dollarlıq elektrik stansiyasının tikintisi tenderinə son anda müdaxilə edərək, tenderinin "General Electric" şirkətinə verilməsini təmin etdiyi iddia edilib.
"Marja" xəbər verir ki, ABŞ mediasında yer alan və adı açıqlanmayan yüksək səviyyəli rəsmilərə istinadən yayılan xəbərlərdə, Donald Tramp rəhbərliyinin İraqın enerji tenderinə son anda müdaxilə etdiyi qeyd olunub.
Almaniyanın "Simens" şirkəti, gələcək 4 ildə İraqda 11 gigavatlık elektrik stansiyaları inşa etmək üçün Bağdad rəhbərliyi ilə apardığı danışıqları sentyabrda başa çatdırmaq üzrə idi.
Bu görüşlərdən xəbərdar olan Donald Tramp rəhbərliyinin son anda müdaxilə edərək, 15 milyard dollar dəyərində olan tenderinin "Simens"ə verilməməsi məsələsində İraq hökumətinə təzyiq edib. Tramp hökuməti müqavilənin Amerikanın "General Electric" şirkətilə ilə bağlanmasını tələb edib.
Xəbərdə, ABŞ rəsmilərinin,"Simens ilə müqavilə bağlanması vəziyyətində ABŞ-İraq münasibətlərinin riskə girəcəyi" məsələsində İraqın Baş naziri Heydər əl-İbadiyə xəbərdarlıq edildiyi, bundan sonra İraqın bazar ertəsi günü "General Electric" ilə müqavilə imzaladığı qeyd edilib.
Bundan başqa xəbərdə, enerji sahəsində İraqı İrana asılı olmaqdan xilas etmək üçün ABŞ ilə İraq arasında "İraq enerji sektorunun tikintisi" məsələsinə dair bir müqavilə imzalandığı qeyd edilib.
Almaniyanın texnologiya şirkəti "Simens AG"nin sədri Joe Kaeser, ötən ay Bağdadda İbadi ilə görüşmüş və İraq rəhbərliyi ilə xoş niyyət anlaşması imzalamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























