"Neftin 100 dollara qalxmayacağına zəmanət vermirik"
Xalid Əl-Falih: Nefti siyasətdən təcrid etmişik
Rusiyanın xəbər agentliyi TASS-a müsahibə verən Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih, Kaşıkçı böhranına görə Qərb ölkələrinə 1973-dəkinə bənzər bir neft embarqosu tətbiq etmək niyyətləri olmadığını, nefti siyasətdən təcrid etdiklərini söyləyib.
"Marja" xəbər verir ki, Falih, "Bu münaqişə arxada qalacaq. Səudiyyə Ərəbistanı çox məsuliyyətli hərəkət edən bir ölkədir. İllərdir nefti siyasətdən uzaq tutmuşuq" deyib
"QİYMƏTƏ ZƏMANƏT YOXDUR"
Neft qiymətlərinin yuxarı qalxması halında qlobal iqtisadiyyatın səngiyəcəyi və bir durğunluğun yaranacağı narahatlığını dilə gətirən Falih, "İranın neft ixracına qarşı sanksiyaların gələn ay tam qüvvəyə minməsilə neft qiymətlərinin yuxarı qalxmayacağının zəmanət yoxdur. Neftin qiymətinin 100 dollar səviyyəsinə qalxmayacağının zəmanətini vermirəm, çünki digər istehsalçıların nə edəcəyini proqnozlaşdırmıram", - deyib.
Həmçinin Falih, qlobal neft bazarından 3 milyon barel/gün neftin çıxarılması halında, bu böyüklükdə bir itkini kompensasiya etməyəcəklərini və ehtiyatları istifadə etmək məcburiyyətində qalacaqlarını da vurğulayıb.
EHTİMAL OLUNAN SANKSİYAYA QARŞI PLAN
Səudiyyə Ərəbistanı, müxalif jurnalist Camal Kaşıkçının İstanbuldakı konsulluq daxilində baş verən dava-dalaş nəticəsində öldüyünü bildirmişdi. Səudiyyə Ərəbistanının Kaşıkçı cinayətinə görə ABŞ-ın tətbiq edəcəyi ehtimal olunan embarqo hədələrinə qarşı planlar hazırladığı iddia edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























