Dövlət şirkətində 37 milyon manat zərər
“Təmiz Şəhər” ASC 2017-ci ili üzrə bütün maliyyə hesabatlarını açıqlamayıb.
“Marja” xəbər verir ki, “Mənfəət və zərər” hesabatı daxil bir neçə hesabatını gizlədən ASC yalnız "Balans hesabatı"nı saytında yerləşdirib.
"Balans hesabatı"ndan məlum olur ki, “Təmiz Şəhər” ASC 2017-ci ili 36 milyon 997 min manat xalis zərər ilə başa vurub. Bu, 2016-cı ilin zərəri ilə müqayisədə 42,2% azdır. ASC 2016-cı ili 52 milyon 618 min manat xalis zərər ilə bağlamışdı.
2017-ci ilin zərər ilə “Təmiz Şəhər”in yığılmış zərəri 161 milyon 394 min manata yüksəlib.
“Təmiz Şəhər”in zərəri investisiyalar ilə bağlıdır.
Ötən ilin sonunda “Təmiz Şəhər”ə xalis dövlət investisiyaları 182 milyon 203 milyon manata, digər investisiyalar isə 58 milyon 91 min manata çatıb.
Ötən il, “Təmiz Şəhər” ASC-nin aktivləri azalaraq 2016-cı ilin sonundakı 102 milyon 188 min manatdan 88 milyon 779 min manata düşüb.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























