Şərtlər banklar üçün daha sərfəsiz oldu
Faiz dəhlizinin parametrlərinin aşağı düşməsi notların və depozit hərraclarında faizin aşağı düşməsilə nəticələnəcəkdir.
"Marja" xəbər verir ki, qaydalara görə, depozit hərracının və notların faizi dərəcəsi - faiz dəhlizinin aşağı həddi ilə uçot faiz dərəcəsi arasında müəyyən edilir. Bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə, uçot dərəcəsi 10%-dən 9,75%-ə, faiz dəhlizinin aşağı həddi isə 8%-dən 7,75%-ə endirildiyindən depozit və not hərraclarında faiz 8,01% – 9,99% aralığından 7,76% – 9,74% aralığına düşəcəyi gözlənilir. Bu isə depozit və not hərraclarının banklar üçün əvvəlki şərtlərlə müqayisədə sərfəsiz olacağı deməkdir.
Əlavə edək ki, son depozit not hərraclarında tələb təklifi üstələyir. Mərkəzi Bank depozit hərracları vasitəsilə 350 milyon manat cəlb edəcəyini açıqlasa da banklar 1 milyard manatdan yüksək tələblər ilə hərraclara qatılırlar. Məsələn, sonuncu dəfə, 29.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 247 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Qısası, hərraclarda 350 milyon manat alınacağı elan edilsə də banklar 1 milyard manatdan artıq vəsaiti satmağa hazır olduqlarını bildirirlər. Mərkəzi Bankın, tələbin yüksək olduğunu nəzərə alaraq daha aşağı faizlər müəyyən edə bilməsi üçün faiz dəhlizinin aşağı həddi aşağı salınmalıdır.
Banklar izafi vəsaitlərini depozit hərraclarında və notlarda yerləşdirərək asan yolla gəlir götürürlər. Əgər faizlər daha da aşağı düşərsə banklar izafi vəsaitləri kreditləşdirməyə yönəltməyə məcbur olacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)



.jpg)








