“Amrahbank”ın vəziyyəti məlum oldu
“Amrahbank” ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
BANK BÖYÜYÜB
“Marja” xəbər verir ki, 30 Sentyabr 2018-ci il tarixində “Amrahbank” 207 milyon 43 min manat cəmi aktivlərə malik olub. Aktivlərin təxminən yarısını - 105 milyon 830 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
31 Dekabr 2017-ci il tarixində “Amrahbank” 204 milyon 770 min manat cəmi aktivlərə, o cümlədən 95 milyon 184 min manat manat kredit portfelinə malik idi. Ötən ilin sonu ilə müqayisədə “Amrahbank”ın cəmi aktivləri 1,1%, müştərilərə verilmiş kreditlər isə 11,1% artıb.
"Amrahbank"ın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər təxminən 16% artaraq 161 milyon 497 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə ötən ilin sonundakı 159 milyon 706 min manatdan 174 milyon 799 min manata qalxıb.
Cari ilin 9 ayı ərzində “Amrahbank”ın faiz gəlirləri 5 milyon 975 min manat, haqq və komissiya gəlirləri 2 milyon 987 min manat, xarici valyuta əməliyyatları üzrə xalis gəlirlər 2 milyon 743 min manat, sair gəlirlər 9 min 337 manat təşkil edib. Bank gəlirlərinin 2 milyon 461 min manatını kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlara ayırıb. “AmrahBank”ın cəmi xərcləri cəmi gəlirlərini üstələdiyindən 9 ayı 10 milyon 283 min manat xalis zərər ilə başa vurub.
30 Sentyabr 2018-ci il tarixində “Amrahbank” 32 milyon 244 min manat cəmi balans kapitalına, 24 milyon 698 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)







.jpg)




