"Yaşlı qurd"dan təəccübləndirən satınalamalar
Son dövrlər "fintech"lər gənc sahibkarların olduğu qədər "yaşlı qurd"ların da diqqətini çəkməyə başlayıb. "Fintech"lərə investisiya "karvanına" qoşulan son ad isə dünyanın ən varlı üçüncü adamı kimi tanınan amerikalı məşhur investor Uorren Buffet oldu.
"Marja" xəbər verir ki, Buffetın sahibi olduğu "Berkshire Hathaway", inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən iki fərqli "fintech" şirkətinə cəmi 600 milyon dollar sərmayə qoyub. "Berkshire Hathaway"in ilin əvvəlində 2018-ci il ərzində satınalmalar üçün 116 milyard dollar investisiya büdcəsi ayırdığını açıqlamışdı. Məşhur investor Buffettın şəxsi sərvəti isə "Bloomberg Milyarder"lər indeksinə görə 87 milyard dollardır.
HİNDİSTAN VƏ BRAZİLİYAYA FİNTECH-LƏRİNƏ İNVESTİSİYA YATIRILIB
Müxtəlif mənbələrə görə, "Berkshire", Hindistanın ən böyük mobil ödəmə xidməti olan "Paytm"in ana şirkətindən təxminən 300 milyon dollarlıq səhm satın alıb. "Berkshire"ın etdiyi digər investisiyanı isə həcm baxımından Braziliyanın ən böyük dördüncü ödəmə əməliyyatçısı olan "StoneCo"ya yatırdığı bildirilir.
Bu ana qədər, Coca-Cola başda olmaqla köklü şirkətlərə investisiya qoyan "Berkshire"ın atdığı bu addımları analitikləri təəccübləndirib. Çünki, Buffett, bir müddət əvvəlki açıqlamalarında texnologiya sahəsində investisiyalardan o qədər də anlamadığını demişdi.
"Berkshire"ın investisiya etdiyi "StoneCo" və "Paytm" adlı şirkətlər, yerli bazarlarında çox mühüm yer tuturlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


















.jpg)





