Balıqçılıq sahəsinin inkişafı üçün dövlət proqramı hazırlanır
"Azərbaycanda və Xəzəryanı digər ölkələrdə akvakulturanı inkişaf etdirmək və əhalinin yeni fəaliyyət növü olan marikulturaya cəlb etmək lazımdır. Bu da Xəzər dənizində bioloji resursların tükənmə təhlükəsinin, brakonyerliyin qarşısını ala, həmçinin qanunsuz balıq ovunun azalmasına və dənizin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər".
Bu fikirləri mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hələlik balıq məhsullarının yetişdirilməsi və bazara çıxarılması kortəbii xarakter daşıyır: "Amma bundan çıxış yolları mövcuddur. Artıq Nazirlik tərəfindən bu sahədə tədbirlərə başlanılıb. Yəni təbii su hövzələrində daha səmərəli olan qanuni fermaların yaradılması və akvakulturanın inkişafı hesabına balıq növlərinin artırılmasına çalışılır. Hazırda bu sahənin inkişafı üçün dövlət proqramı hazırlanır. Bu da Azərbaycanın balıqçılıq və akvakultura sektorunun inkişafına təkan verilməsi üçün imkan yaradacaq".
Mütəxəssis deyib ki, Azərbaycanda şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarının məhdud olduğunu nəzərə alaraq, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi daha çox Xəzər dənizində marikulturanın gələcək inkişafı ilə bağlı olacaq: "Əhalinin balığa olan tələbatının təmin edilməsi proqramı çərçivəsində Xəzər dənizinin Azərbaycana aid sularında marikulturanın inkişaf etdirilməsi məqsədilə qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var. Marikulturanın inkişafı üçün Xəzər dənizinin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaradıla bilər. Balıqçılıq və akvakultura sektorunun inkişafı üçün beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluq təmin edilməlidir".
M.Axundov vurğulayıb ki, akvakultura və marikultura sahəsinin davamlı inkişafı Azərbaycanın kənd ərazilərində yeni iş yerlərinin və alternativ gəlir mənbələrinin yaranmasına səbəb olar, ölkə əhalisinin sosial vəziyyətinə və sağlamlığına, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə müsbət təsir göstərə bilər: "Araşdırmalara əsasən, deyə bilərik ki, yaxın zamanlarda əhalinin balıq ovçuluğundan akvakultura və marikultura fəaliyyətinə yönəldilməsi əvvəlcə sənaye balıq ovu ilə məşğul olan balıqçıların gəlirlərinin artmasına səbəb olacaq və həmçinin ölkəmizdə balıq məhsullarına olan daxili tələbat tam ödənəcək. Hətta hesablamalara görə, məhsuldarlıq o qədər artıq olacaq ki, qarşıdakı illərdə yetişdirilən balıq məhsullarını xaricə ixrac etmək mümkün olacaq. Bizim əsas prioritetlərimiz və məqsədimiz budur".
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























