Bu nöqsanları olan ət istehsalçılarə ilə müqavilələr dayandırılacaq
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti dövlət satınalan təşkilatları ət məhsulları ilə təchiz edən fiziki və hüquqi şəxslərin maarifləndirilməsinə başlayıb.
Cəmiyyətin təşkilatçılığı ilə ilk işgüzar xarakterli görüş keçirilib. Görüşü giriş sözü ilə açan Cəmiyyətin İdarə Heyətinin sədr müavini Elşən Əsədov bildirib ki, qurum yanvar ayının 1-dən etibarən 23 hüquqi, 14-ü fiziki şəxs olmaqla 37 ət istehsalçını 1835 satınalan təşkilatın ət məhsulu ilə təminatına cəlb edib. Hazırda bu istehsalçılarla qarşılıqlı anlaşma şəraitində təchizat sistemi qurulub.
Qeyd edilib ki, satınalan təşkilatların böyük əksəriyyətini uşaq bağçaları və xəstəxanalar təşkil etdiyi üçün təchizatçılardan yüksək standartlara uyğun, sertifikatlaşdırılmış, zoobaytar-gigiyenik tələblərə cavab verən ət məhsullarının istehsalı tələb olunur. Cəmiyyət daimi olaraq ət istehsalçılarının məhsullarını monitorinq edir, buna görə də sanitar-gigiyenik qaydalara əməl edilməsi son dərəcə vacibdir. Standartlara cavab verməyən- dövlət baytarlıq xidməti tərəfindən qeydiyyatdan keçərək şəhadətnamə almayan, müasir kəsim texnologiyası qurmayan, iribuynuzlu heyvanların kəsimi zamanı tələb olunan sanitar qaydalara əməl etməyən, əti saxlanma şəraiti olmayan istehsalçılarla müqavilələr dayandırılacaq.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Yerli Ərazi İdarələri ilə iş Departamentinin müdiri Abbas Hacıyev və Tədarük-Təchizatın Təşkili Departamentinin müdiri İlqar Məmmədov bölgələrdəki satınalan təşkilatların ət təchizatı üzrə aparılmış monitorinqin nəticələrini açıqlayıblar. Ət istehsalçıları tərəfindən yol verilən nöqsanlar sadalanaraq tez bir zamanda aradan qaldırılması tələb edilib.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi Fərmayıl İsgəndərov ət istehsalçılarına kəsimə hazırlıq barədə geniş məlumat verib. Bildirilib ki, müasir texnologiyaların tətbiqi ilə kəsim ətin gigiyenik tələblərə cavab verməsini təmin edir, heyvanın sanitar şərait təmin olunmamış yerlərdə kəsilməsi, saxlama şəraitinin olmaması keyfiyyətin aşağı düşməsinə səbəb olur.
İşgüzar müzakirədə ət istehsalçılarına isti yay aylarında ət təchizatının qurulması ilə bağlı tövsiyyələr verilib, iribuynuzlu heyvanın kəsilməsi, ətin emalı, qablaşdırılması, saxlanması, daşınmasına aid metodik vəsaitlər təqdim olunub.
Ət istehsalıçıları ilə maarifləndirici görüşlər davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















