Dollar ABŞ-dakı seçkidən sonra ucuzlaşıb
ABŞ-da ara seçkinin nəticələrinin, gözlənildiyi kimi - bölünmüş konqresi işarə etməsilə ABŞ Dolları ucuzlaşıb.
ABŞ mediası tərəfindən toplanan rəsmi olmayan təxminlərə görə, Demokratlar Nümayəndələr Palatasına, Respublikaçılar isə Senata nəzarəti təmin ediblər.
Qlobal birjalarda səhmlər bahalaşsa da, Bloomberg Dollar Spot İndeksi 0.3 faiz düşüb. Avro/Dollar məzənnəsi 0,3% yüksələrək 1.1453 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
ABŞ-da 10 illlik xəzinə istiqrazlarının faizi 3.20-dən aşağı düşüb.
Tokio və Honq Konqda səhmlər bahalaşıb..
Xəbər verdiyimiz kimi, ABŞ-da keçirilən aralıq seçkilər başa çatıb.
“CNN” televiziyasına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası Senat seçkilərində qalib gəlib.
Müxalif Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar.
Belə ki, respbulikaçılar Konqressin Yuxarı Palatasında (Senat) 51 yer, demokratlar isə 43 yer qazanıb. Konqressin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Respublikaçılar Partiyası 191 yerə, Demokratlar Partiyası isə 205 mandata sahib olub.
Qeyd edək ki, aralıq mərhələdə, Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senatın isə 3-də biri müəyyən ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























