Qətərin paytaxtında Azərbaycan parfümeriya məhsulları mağazası açıldı
Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan “Doha Festival City Mall”da “Product of Azerbaijan” brendi altında “Karabakh Perfume” adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzi fəaliyyətə başlayıb.
Ölkəmizin Qətərdəki səfirliyindən "Marja"ya verilən məlumata görə, mərkəzdə “Shikasta”, “Natavan”, “Bayati Shiraz”, “Rast”, “Buta”, “Khankendi”, “Shusha”, “Sarvan”, “Panahalikhan”, “Jidir Duzu”, “Khari Bul Bul” və “Chelebi” olmaqla, ümumilikdə, 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək.
Satış mərkəzinin açılışı münasibətilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Dohada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, Qətərin məşhur media mənsubları iştirak ediblər. Azərbaycan məhsulları alıcılar tərəfindən böyük maraqla qarşılanıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
"Qeyd edilən satış mərkəzinin fəaliyyətinin təmini Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində həyata keçirilib.
Dohada satış mərkəzinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının satışı ilə yanaşı, ölkəmizin tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, Azərbaycan tarixinin və mədəniyyətinin xaricdə təbliğinə xidmət edəcək", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 38 d. əvvəl
-
- 51 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























