İcra başçısının müavini: “İki ailə dağıntılar altında qalıb”
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.
Bunu açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.
O, bildirib ki, ərazidə xilas etmə işləri davam etdirilir: “Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqun olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlaınılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.
M.Zeynalov əlavə edib ki, uçqun zamanı 4 mənzildə dağıntılar qeydə alınıb: “İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin
həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyə edilərək başqa ərazilərə köçürüləcək”.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 d. əvvəl
-
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb




















