Azərbaycan şirkətinin Avropadakı kurort layihəsi Bakıda təqdim ediləcək
Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində - Monteneqroda yerləşən, hər detalı incəliklə işlənmiş, çoxfunksiyalı kurort 2019-cu ildə ilk sakinlərini salamlayacaq.
Bu barədə “Marja”ya “Azmont Investments” şirkətindən bildirilib.
"Ezackar bağlarla əhatə edilmiş lüks yaşayış mənzilləri, qayıqlar və super-yaxtalar üçün D-Marin Portonovi limanı, Avropada ilk “One&Only Resort Espace Chenot Health Wellness Spa” ilə Portonovi, Avropanın bu hissəsində ən müstəsna daşınmaz əmlak layihəsidir.
İtaliya, Yunanıstan və Balkan yarımadası arasında mühüm bir nöqtədə yerləşən Monteneqro, möhtəşəm təbiəti, əsrlərcə yaşı olan tarixi, zəngin mədəni həyatı və mülayim iqlimi ilə məşhurdur. İl ərzində 250-dən çox günəşli günü olmaqla Portonovi səfalı Aralıq dənizi regionunda yerləşən ideal Avropa məkanıdır.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Ölkənin gözəlliyini və müstəsna həyat tərzini simvolizə edən kurort, bağları, fərqli interyer dizaynları və bir çox digər incəlikləri özündə əks etdirən 50-dən artıq lüks villa və 200-dən çox mənzili ilə 26 hektar ərazini əhatə edir.
Fərqli konseptlərdə olan restoran və barlar, yüksək səviyyəli mağazalar və qalereyalar orijinallığa, sivilizasiyaların mədəniyyətinə və tarixinə qiymət verənlər üçün dizayn edilib. Bu əsrarəngiz yer Aralıq dənizi ətrafında ən çox tələb olunan istirahət məkanı olmağa iddialıdır.
Bundan başqa, Monteneqro bir Avropa ölkəsi olaraq, sərmayə yatırımı üçün əlverişli hüquqi, maliyyə və vergi mühitinə malikdir. Dünyanın müxtəlif ölkələrindən Monteneqronun hava limanlarına birbaşa uçuşların sayının sürətli artımı turizm sektorunun inkişafı üçün böyük təkandır. Həmçinin, bir çox ölkələrin vətəndaşları üçün açıq viza siyasətinin olması siyasi sabitliyin önəmli göstəricisidir.",- şirkətin məlumatında bildirilir.
“Azmont Investments” şirkəti (layihənin developeri) bu dünya səviyyəli kurortu 22-24 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək "RecExpo Real Estate" IV Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində təqdim edəcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























