"Səyləri artırmaqla bağlı razılığa gəldik"
Bakı və Aşqabad enerji daşıyıcısılarının şaxələndirilməsi prinsipini dəstəkləyir. Bunu Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov deyib.
"Dünyanın ən iri karbohidrogen istehsalçılarından biri olan Türkmənistan və Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatının həlledici şərtlərindən biri kimi enerji daşıyıcısılarının tədarükünün şaxələndirilməsi prinsipini dəstəkləyir", - deyə o, Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda vurğulayıb.
Türkmənistan prezidentinin saytında verilən məlumata görə, Q.Berdiməhəmmədov bildirib ki, tərəflər enerji sahəsində əməkdaşlıqda enerji daşıyıcılarının beynəlxalq bazarlara, o cümlədən Avropa istiqamətində çoxvariantlı tədarük sisteminin yaradılması üzrə səyləri artırmaqla bağlı razılığa gəliblər.
Türkmənistan prezidenti vurğulayıb ki, bu istiqamətdə işlər ikitərəfli formatda və beynəlxalq tərəfdaşlarla davam etdiriləcək.
O qeyd edib ki, görüşdə, həmçinin Türkmənistan-Azərbaycan-Türkiyə formatında görüşlərin effektivliyi vurğulanıb. Bu format üç dost dövlətə sülh və sabitliyin qorunması, ticari-iqtisadi əməkdaşlıq, humanitar əlaqələrin inkişafına dair mühüm məsələləri effektiv şəkildə müzakirə etməyə və onların razılaşdırılmış həllini tapmağa imkan verir.
Q.Berdiməhəmmədovun sözlərinə görə, danışıqların gedişində Türkmənistan və Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlığın ardıcıl, əlaqədar və qarşılıqlı faydalı xarakteri vurğulanıb, onun genişləndirilməsinə və şaxələndirilməsinə qarşılıqlı hazırlıq təsdiqlənib.
Tərəflər energetika, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, kimya və toxuculuq sənayesi, tikinti, texnologiya, xidmət və digər s. sahələri prioritet istiqamətlər olaraq müəyyən ediblər.
"Bakıda Türkmənistan, Aşqabadda isə Azərbaycan Ticarət evlərinin, habelə birgə Türkmənistan-Azərbaycan İş Şurasının yaradılması ilə bağlı daha əvvəl səsləndirilmiş təşəbbüsün reallaşdırılmasına hazırlıq ifadə edilib", - deyə Q.Berdiməhəmmədov əlavə edib.
O vurğulayıb ki, Türkmənistan bütün konstruktiv təşəbbüslərində Azərbaycanı dəstəkləyir. "Türkmənistan və Azərbaycan çoxplanlı dialoqa sadiq olduqlarını bir daha nümayiş etdirdi. Bu, xalqlarımızın maraqlarına cavab verir, onların rifahı və inkişafına xidmət edir, sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə böyük töhfə verir”, - deyə Türkmənistan lideri qeyd edib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)


















.jpg)
