“MilliKart” 16 ölkədə fəaliyyət göstərən təhsil şirkətilə memorandum imzalayıb
İnformasiya texnologiyaları və bankçılıq sektorunda fəaliyyət göstərən “MilliKart” şirkətilə “STEP IT Academy” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“MilliKart”dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, imzalanan memorandum informasiya texnologiyaları sahəsində təhsilin inkişafı, sözügedən müxtəlif proqramların icrası, elm, təhsilə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımını nəzərdə tutur.
“MilliKart” banklara, bank olmayan kredit təşkilatlarına, investisiya və sığorta şirkətlərinə, provayderlər və aqreqatorlar kimi maliyyə bazarının iştirakçılarına, həmçinin prosessinq texnologiyalarına əsaslanan həllərə ehtiyacı olan bazarın bütün iştirakçılarına geniş çeşidli xidmət göstərən Azərbaycanın ən böyük prosessinq strukturlarından biridir.
"Qarşılıqlı əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və təhsilin irəli aparılmasına şərait yaradacaq. Akademiyanın tələbələri MilliKart şirkətində təcrübə proqramları və iş ilə təmin olma imkanını qazanacaqlar",- məlumatda deyilir.
"STEP IT Academy" 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
5 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
8 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
10 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir

























