Azərbaycanın yeni televiziya kanalı ümumrespublika yayımına başladı
Bu gündən Bakı Teleqüllə Kompleksindən “ARB 24” TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nazirliyin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Bakı Teleqüllə Kompleksindən “ARB 24” TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.
Buna qədər isə, “ARB 24” TV proqramının Bakı şəhəri və Abşeron yarımadası ərazisində açıq paketdə rəngli sətr generatoru şəklində sınaq yayımı aparılıb.
Sınaq yayımlarına dair xüsusi ekspert qrupunun yekun müsbət rəyindən sonra, 27.11.2018-ci il tarixindən etibarən, Teleradio İB-nə məxsus yayım vasitələri ilə 31-ci TV kanalda 554 MHs tezlikdə “ARB 24” TV proqramının açıq paketdə yayımı təmin olunub.
Qeyd edək ki, “ARB 24” TV proqramını qəbul edə bilmək üçün rəqəmli TV qəbuledicilər 31-ci TV kanala (və ya 554 MHs tezliyə) yenidən köklənməlidir.
Bunun üçün qəbuledicilərdə avto axtarış vermək və ya əl rejimində 31-ci TV kanalı (və ya 554 MHs tezliyi) seçib axtarış vermək lazımdır.
Məlumat üçün bildirək ki, Milli Televiziya və Radio Şurasının 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) elan etdiyi müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub.
Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















