Qlobal ərzaq qiymətləri 8.5 faiz düşüb
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı, qlobal ərzaq qiymətlərinin noyabrda ötən ilin eyni dövrünə nisbətən 8,5%, əvvəlki aya nisbətən isə 1,3 faiz aşağı düşdüyünü açıqlayıb.
"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən yazılı açıqlamaya görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətləri və ticarəti təqib edilərək hazırlanan Ərzaq Qiymətləri İndeksi noyabrda 160,8 bəndə enib.
İndeks, noyabrda ötən ilin eyni dövrünə nisbətən 8,5%, əvvəlki aya nisbətən isə 1,3% düşərək 2016-cı ilin May ayından bu yana ən aşağı səviyyəsinə enib.
Qlobal ərzaq qiymətlərinin geriləməsinə, bitki yağlarda qiymət azalmaları təsir göstərib. Bitki Yağları Qiymət İndeksi ötən ay oktyabr ilə müqayisədə 5,7 faiz azalma qeyd edib və son 12 ilin ən aşağı səviyyəsinə enib.
Altı aydır düşən FAO Süd Məhsulları Qiymət İndeksi noyabrda əvvəlki aya nisbətən 3,3% azalıb. Ehtiyatların və ixracın artması, kərə yağı, pendir və süd tozunun ucuzlaşmasına səbəb olur.
Taxıl Qiymətləri İndeksinin aylıq 1,1 faiz azalmasına buğda ixracında kəskin artım, qarğıdalıdakı gərgin ixrac rəqabəti və yeni məhsul düyünün alışları rol oynayıb.
Ət qiymətləri isə az miqdarda geriləyib, yalnız inək əti qiymətləri artıb.
Braziliyada şəkər istehsalında gözlənilən kəskin azalma Şəkər Qiyməti İndeksinin noyabrda 4,4 faiz artmasında təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

















.jpg)





