Rusiyaya aparılan pomidorlarda xəstəlik aşkar edilib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycandan bu ölkəyə aparılan pomidorlarda Cənubi Amerika mənşəli tomat güvəsi xəstəliyi aşkar ediblər.
Rusiya mətbuatının verdiyi məlumata görə, fakt ölkədə ilk dəfə olaraq Tomsk vilayətinin ərazisində qeydə alınıb.
Qurumun məlumatında deyilir ki, Ümumrusiya Bitkilərin Karantini Mərkəzinin Federal Dövlət Büdcə Təşkilatının Tomsk filialının qərarına əsasən, qeyd edilən məhsullarda canlı sürfələr aşkar edilib. Mütəxəssislər bildirib ki, Cənubi Amerika mənşəli tomat güvəsi əsasən məhz pomidorlara yoluxur. Onun sürfələri bitkinin yaşıl hissəsinin yumşaq toxumaları ilə qidalanır, yarpaqları yeyərək, sonda ancaq şəffaf qabıq saxlayırlar. Bundan sonra zədələnmiş məhsul satış və istifadə üçün yararsız sayılır.
Qeyd edək ki, 120 kiloqram həcmində belə məhsul bərk məişət tullantıları poliqonunda məhv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















