"Azercell"in 51.3%-i dövlət büdcəsinin pulu ilə alınıb
"Azercell"ə nəzarət əldə etmək üzrə əqdi Maliyyə Nazirliyi maliyyələşdirib
"Azİntelekom" MMC və "Fintur Holdings BV" arasında "Azertel Telekommunikasiya Yatırım Dış Ticaret A.Ş"nin 51.3%-lik iştirak payının alqı-satqısı üzrə bu ilin mart ayında bağlanmış əqdi Azərbaycan Maliyyə Nazirliyi maliyyələşdirib. Bu barədə "AzIntelecom"un 2017-ci il üzrə maliyyə hesabatında qeyd olunur.
Türk-İsveç şirkəti ("Telia Company" - 58,55%, "Turkcell Telecom" - 41,45%) Azərbaycanın mobil operatoru "Azercell" MMC-yə nəzarət üçün dövlət büdcəsindən 274 milyon ABŞ dolları və ya 465 milyon 827,4 min manat alıb.
Bu il Mart ayında "AzİnTelecom"un yaydığı açıqlamada bildirilmişdi ki, “Fintur” şirkəti özünün “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş” (Azertel) şirkətindəki 51.3 faizlik payını 221,7 milyon avroya Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan "Azərbaycan Beynəlxalq Telekom" MMC-yə (AzİnTelecom) satıb. “Azertel” “Azercell”in yeganə səhmdarıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Contact
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























