“Şahdağ Turizm Mərkəzi” vahid bir kompleks halında idarə olunacaq
“Şahdağ Turizm Mərkəzi” vahid bir kompleks halında idarə olunacaq.
Bunu “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin yeni sədri Rodderix Mark Leffler deyib.
O, “Şahdağ Turizm Mərkəzi”nin otellərinin vəziyyətinin yüksək olduğunu bildirib: "Onu deyə bilərəm ki, otellərin vəziyyəti çox yaxşıdır. Mövsüm hələ indi başlayıb. Bu mövsümün nəticələri haqqında mart ayında cavab verə bilərəm. Ötən il struktur bir az fərqli idi. Buna görə də hələlik heç nə deyə bilmirəm. Biz əsasən iki oteli idarə edirik. Amma bu ildən etibarən biz 4 oteli və bütün kompleksi idarə edirik. Bu il fəaliyyətin çox yaxşı olacağını görürük və gözləyirik".
Rodderix Mark Leffler “Şahdağ Turizm Mərkəzi”nin gələcək fəaliyyəti barədə də danışıb: "Biz “Şahdağ Turizm Mərkəzi”ni öz nəqliyyatı ilə kiçik bir qəsəbəyə çevirmək istəyirik. Əməkdaşların geyimləri, menecmentin görünüşü və yanaşmaları dəyişəcək. Eyni xidmət səviyyəsini təşkil edəcəyik. Başqa sözlə, otellərdə xidmət səviyyəsində fərq olmayacaq. Bütün otellərimizdə müştərilərə ən yüksək xidmət səviyyəsi göstəriləcək".
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























