Azərbaycan Turizm Şurası LƏĞV EDİLDİ
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sərəncam ilə, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 1-ci, 2-ci hissələri və 3.2-ci bəndi ləğv edilib.
Sərəncamın 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının Turizm Şurası yaradılmışdı.
2-ci hissə ilə müəyyən edilmişdi ki, Azərbaycan Respublikasının Turizm Şurasının əsas məqsədi Azərbaycan Respublikasında turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.
3.2-ci bənd ilə Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamənin layihəsini və Şuranın tərkibinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.
Həmçinin Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərman ilə “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanının 1-ci, 2-ci və 8-ci hissələri ləğv edilib.
Ləğv edilən 1-ci, 2-ci hissələr ilə “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə”və “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilmişdi.
8-ci hissədə isə qeyd edilirdi ki, bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumları bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Turizm Şurasına lazımi kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 16 d. əvvəl
- 22 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
-
50 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb






.jpg)
.jpg)







.jpg)








