Nazirliyin vebsaytı yeni dizaynla və domenlə istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsi olan www.sosial.gov.az yeni dizaynla istifadəyə verilib.
Nazirliyin yaydığı məlumata görə, saytın yeni versiyası müasir, eyni zamanda sadə dizaynı, əmək, məşğulluq, sosial təminat və digər müvafiq sahələr üzrə zəngin və yenilənmiş məlumatları əhatə etməsi, informasiya açıqlığını təmin etməsi ilə seçilir. Ümumi məlumatlarla yanaşı, saytda Nazirliyin xidməti kontingentinə aid əhali qruplarının (pensiyaçılar, əlilliyi olan şəxslər, işsiz və işaxtaran vətəndaşlar, aztəminatlı ailələr və s.) hər birinin maraq dairəsinə aid məlumat və xidmətlərə sadə prosedurlarla əlçatanlığı üçün konkret sahə üzrə bölmələr fəaliyyət göstərir.
Həmçinin sosial təminat növləri, aktiv məşğulluq tədbirləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar, müraciətlər, zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, bu təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir.
Xatırladaq ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) 2018-ci ilin yekunlarına əsasən açıqladığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı ötən il ən çox istifadə edilən rəsmi saytlar sırasında birinci olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
30 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
32 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























