Effektiv ünsiyyət metodları. Qalib kimi danışın
Effektiv ünsiyyət bacarıqları uğurlu insanların əsas xüsusiyyətlərindən biridir. Ünsiyyət qurmağı bacarmayanlar dostlarından, müştərilərindən və işçilərindən məhrum olurlar. Baxmayaraq ki, ünsiyyət həyatımızı formlaşdıran əsas bacarıqlardan biridir, insanların əksəriyyəti bunu bacarmır.
Stiv Nakomotonun “Qalib kimi danışın. Gündəlik ünsiyyət üçün 21 sadə qayda” (Talk like a Winner) kitabı vasitəsilə oxucular gündəlik ünsiyyət zamanı müvəffəqiyyəti artırmağın 21 addımı barəsində öyrənəcəklər. www.readit.az bu kitabın məzmunu Azərbaycan və türk dillərində oxucularına təqdim edir. Digər məzmunlar kimi bu məzmun da “Oxu və tədbiq et” prinsipi ilə hazırlanıb. Bu məzmun sizdə ünsiyyət zamanı özgüvən yaratmaqda, həm biznes, hım də romantik münasibətlərin qurulmasında yardımçı olacaq. Məzmundan bir hissəni sizinlə paylaşırıq.
Yeri gəlmişkən, hal-hazırda www.readit.az saytında 100-ə yaxın kitabın məzmunu yerləşdirib, siz bu məzmunları tək-tək 1 AZN-ə və ya abunə olaraq onlayn oxuya bilərsiniz. Çap şəklində kitab oxumağa üstünlük verənlər üçün isə sayt “Daha ağıllı ol!” kitabını təklif edir. Əgər sayta 6 aylıq abunə əldə etsəniz, abunə müddətində həm kitabxanaya girişiniz olacaq, həm də çap şəklində olan Daha ağıllı ol!” kitabını hədiyyə almış olacaqsınız.
Abunə paketləri =>http://readit.az/az/subscribe/private
“Qalib kimi danışın. Gündəlik ünsiyyət üçün 21 sadə qayda” məzmunundan parça:
17. Uyğunlaşma: Ümumi bir fikir axtarın.
Bacarıqlı kommunikatorlar başqalarının söhbətlərinə uyğunlaşmaq üçün öz fikirlərini dəyişdirirlər. Beləliklə də, ziddiyyətli fikir, söz və yaxud ifadələrin səbəb olduğu emosional aşınmalar azaldılır. Bu isə vacib şəxsi və peşəkar münasibətlərin pozulmasının qarşısını alır.
Digər insanlarla ünsiyyət zamanı dörd əsas kateqoriya özünü göstərir: Bunlardan birincisi, “tamamilə eynilik” adlanır. Bu hal hər iki tərəf bir-birini tamamilə başa düşdükdə yaranır. İkinci kateqoriya isə “tamamilə fərq” adlanır və iki tərəf arasında heç bir razılaşma olmadıqda özünü göstərir. Digər iki kateqoriya isə “istisnalarla eynilik” və “istisnalarla fərq” adlanır. Bu iki kateqoriya arasındakı münasibət bu cürdür: “istisnalarla eynilik” vəziyyətində fərdlər əvvəlcə tamamilə eyni fikirdə olur, daha sonra isə müəyyən fərqliliklərə rast gəlirlər. “İstisnalarla fərq”də isə fərdlər başlanğıcda tamamilə əks fikirlərdən çıxış etsələr də, daha sonra mövqeləri arasında ümumi fikirlər tapırlar.
Şəxsi və peşəkar əlaqələrinizi yaxşılaşdırmaq üçün digər insanlar ilə davamlı münasibətlər qurmağınız vacibdir. Aşağıdakı fikirlər razı olmadığınız məsələlərdə belə, digər insanlarla uyğunlaşmağa kömək edəcək:
- Qəbul edə biləcəyiniz tərəfləri axtarın.
- Bəyəndiyiniz və zövq aldığınız məsələləri qeyd edin.
- Qarşınızdakı şəxsdə sizi heyran edən şeyləri söyləyin.
- Həmin şəxsin mövqeyinə hörmət etdiyinizi göstərən bir şey edin və yaxud söyləyin.
- Onlara necə hiss etdiklərini başa düşdüyünüzü deyin.
- Özünüzü daha yüksək mənəvi səviyyə ilə əlaqələndirin.
- “Ancaq” sözünü az-az istifadə edin.
Marketinq, menecment, satış, biznes, tarix, valideynlər üçün kitablar və digər kateqoriyalara aid olan məzmunlarla tanış olmaq üçün onlayn kitabxanaya daxil ola bilərsiniz => Kitabxana
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























.jpg)



