"Sanatoriyalarımızın əksəriyyəti ziyanla işləyir"
“Bu gün sanatoriyalarımızın əksəriyyəti ziyanla işləyir, buna baxmayaraq, biz qiymətləri artırmırıq”.
"Marja" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib.
“Sanatoriyalarımıza bir yollayışın qiyməti 600 manatdır” deyən Səttar Möhbalıyev sözlərinə belə davam edib:
“Bu, çox ucuz qiymətdir, ancaq biz ziyanla işləsək də, qiymətləri qaldırmırıq. Çünki qiymətləri qaldırsaq, maddi durumu aşağı olan insanların istirahətə getmək imkanı məhdudlaşacaq. Ona görə də çalışırıq ki, vəsait əldə etdikcə, bu çətinlikləri qarşılayaq. Sağlamlıq müəssisələrində çalışan işçilərin maaşlarının artırılması məsələsini də diqqətdə saxlayırıq. Əgər biz yollayışların müəyyən hissəsini güzəştli qiymətlə satmasaq, xaricdən gəlmək istəyənlərə təklif etsək, onda bir yollayışı 1500-2000 manata satarıq və beləliklə, ziyanı də ödəyərik, maaşları da artırarıq. Ancaq belə olan halda, bayaq dediyim kimi, öz vətəndaşlarımızın sanatoriya-kurort müəssisələrinə getmək imkanları azalacaq.
Nəzərinizə çatdırım ki, biz özəl sektordan da istirahət mərkəzlərinə yollayışlar alırıq. Məsələn, Dövlət Neft Şirkəti Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqına əlavə olaraq 3-4 milyon manat pul ayırır. Belə olan halda sahə həmkarlar ittifaqı ilə Dövlət Neft Şirkəti arasında müqavilə bağlanır, bizdən alınan yollayışlardan əlavə, özəl sektordan da yollayışlar alınıb neft-qaz sahəsində çalışan işçilərə verilir. Ümumilikdə, bizdən alınan və özəl sektordan alınan bütün yollayışları nəzərə alsaq, 2018-ci ildə vətəndaşlara 100 mindən artıq yollayış verilib.
Onu da diqqətinizə çatdırım ki, AHİK-in üzv təşkilatları olan sahə həmkarlar ittifaqlarının da istirahət mərkəzləri fəaliyyət göstərir. Bu istirahət mərkəzlərini onlar öz maliyyə vəsaitlərinə qənaət edərək tikiblər. Bu mərkəzlər həm də həmkarlar ittifaqı təşkilatının mülkiyyəti sayılır. Bunlar təhsil, səhiyyə, dəmiryol, rabitə, dəniz nəqliyyatı, dövlət idarələri və ictimai xidmət işçilərinin həmkarlar ittifaqlarına məxsus olan istirahət mərkəzləridir. Hazırda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da öz vəsaiti hesabına aldığı 2 hektar torpaq sahəsində işçiləri üçün sağlamlıq-istirahət mərkəzinin inşasını davam etdirir. Daha bir müalicə-sağlamlıq ocağı Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdində fəaliyyət göstərən sanatoriya-profilaktoriyadır”.
Səttar Möhbalıyev yollayışın dəyərinin neçə faizinin ödənilməsi məsələsinə də aydınlıq gətirib:
“Sovet dönəmində yollayışın 30 faizini vətəndaş ödəyirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra biz bu ödənişi 5 faizə endirmişdik. 3 il ərzində bu minvalla davam etdi. Sonradan Dünya Bankı, digər beynəlxalq maliyyə qurumları vətəndaş tərəfindən ödənişi yenidən 30 faizə qaldırmağı tələb etdilər. Uzun mübahisələrdən sonra biz ödənişi 30 faizə qaldırmağa imkan verməyərək 15 faizin üzərində dayandıq”.
Səttar Möhbalıyev əlavə edib ki, uşaq sanatoriyalarının yaradılması külli miqdarda maliyyə vəsaiti tələb edir:
"Biz uşaq sağlamlıq düşərgələrini, sanatoriyalarını yaratmaq istəyirik, lakin bunun üçün maliyyə vəsaiti tələb olunur, özü də külli miqdarda. Hətta ayrı-ayrı bölgələrdə münasib şəraiti olan məkanlar tapmaq üçün baxış keçirilib, lakin baxdığımız yerlər tələbata uyğun olmayıb. Mövzu ilə bağlı deyim ki, adətən biz həmkarlar ittifaqı üzvlərinə istirahət mərkəzlərinə yollayışlar verəndə ailə üzvləri kimi uşaqları da nəzərdə tuturuq. Yəni 3 nəfərlik, 5 nəfərlik yollayışlar veririk və uşaqlar da öz valideynləri ilə birlikdə istirahət etmək imkanı əldə edirlər. Bəzi qurumların uşaq istirahət mərkəzləri var, biz həmin yerlərə də ödənişlər edib uşaqların istirahətini təşkil edirik. Dediyim kimi, uşaqların istirahətinin təşkili daim diqqətdə saxladığımız məsələdir".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
11 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 11 saat əvvəl
-
12 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"



















