Premium plastik kart sahiblərinə VİP zallara giriş imkanı
Hər zaman yeniliklərə imza atan Expressbank-dan daha bir innovasiya: Premium kart sahiblərinə yeni Priority Pass xidməti.
Priority Pass kartları vasitəsi ilə siz dünyanın 500-dən artıq beynəlxalq hava limanlarının VİP-zallarında İnternet, faks, televizor, telefon, restoran və bir sıra digər xidmətlərdən istifadə edərək uçuşadək vaxtınızı daha səmərəli keçirə bilərsiniz.
Priority Pass kart sahibləri aviaşirkətdən, aviabiletin növündən, səyahət etdiyi ölkədən asılı olmayaraq proqramda iştirak edən bütün VİP zalların üstünlüklərindən yararlana bilərlər. Bütün bu imkanlardan istifadə etmək üçün Expressbank-ın Gold və Platinum kart sahiblərinə Priority Pass üzvlük kartını əldə etmək yetərlidir. Üstəlik kart sahibi biznes üzrə tərəfdaş və qonaqlarını da özü ilə VİP zallara dəvət edə bilər.
Priority Pass kartları üzrə xidmət haqqı 1 illik 30 AZN, 2 illik 60 AZN, 3 illik 90 AZN, hava limanının VİP zalına giriş haqqı isə 27 USD təşkil edir.
Qeyd edək ki, Expressbank-ın premium kartlarına sahib olmaq istəyən müştərilər Visa Gold / MasterCard Gold kartlarını illik 25 AZN, Visa Platinum/ MasterCard Platinum kartlarını isə illik 50 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















