6 şəhərin baş plan layihələrinin hazırlanmasına start verilib
15 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasınının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinində Azərbaycan Memarlar İttifaqının bir qrup üzvləri ilə görüş keçirilib. .
Komitədən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, görüşdə Komitə və İttifaq arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə memarlıq və şəhərsalma problemləri və digər aktual məsələlərlə bağlı ətraflı müzakirələr aparılmışdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, 2018-ci ildə Komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consalting Group” şirkətini əməkdaşlığa cəlb etmişdir. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılımış 1-ci mərhələsi nəticəsində Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanmış, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilmişdir.
Bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanmış və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunmuşdur. Samir Nuriyev tender komissiyasında Memarlar İttifaqının sədri Elbay Qasımzadənin iştirakını yüksək qiymətləndirdi. Tenderin nəticələrinin 2019-cu ilin mart ayında elan olunması planlaşdırılır. Daha sonra Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsi başlayacaq.
Ötən il, həmçinin, Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılmışdır, Biləsüvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir.
Eyni zamanda, Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir şəhərlərinin baş plan layihələrinin hazırlanmasına start verilmişdir.
Samir Nuriyev, Komitəyə iş adamları tərəfindən baxılmaq üçün təqdim olunan yeni şəhərsalma layihələrinin müvafiq qanunvericiliyin tələblərinə cavab verməsi baxımından dəyərləndirilməsi işinin təşkili barədə də məlumat verib. Komitənin bu istiqamətdə işinə və, eyni zamanda, Dövlət şəhərsalma nəzarəti çərçivəsində fəaliyyətinə toxunan sədr ərazi planlaşdırılması sənədlərinin və memarlıq həllərinin işlənməsində ilk növbədə layihəçilərin böyük məsuliyyətini vurğulayıb. O qeyd edib ki, layihələndirmə sahəsində işin keyfiyyəti artırılmalı, şəhərsalma normalarına və müvafiq qanunvericiliyin bütün tələblərinə riayət olunmaya ciddi nəzarət edilməlidir.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək memarlarla görüşün təşkilinə görə Komitənin rəhbərliyinə minnətdarlığını bildirib və bu iclası hər iki qurum arasında gələcək məhsuldar əməkdaşlığın başlanğıcı kimi dəyərləndirdiyini qeyd edib.
O, vurğulayıb ki, sıralarında ölkənin aparıcı peşəkarlarını cəmləşdirən Memarlar İttifaqı tərəfindən Komitənin fəaliyyətinə hərtərəfli dəstək göstəriləcək, Azərbaycanın dövlət siyasətinə uyğun olaraq paytaxt və digər şəhərlərinin sistemli və dayanıqlı inkişafının təmin olunmasında iştirak etmək məqsədilə qurumun və üzvlərinin bütün potensialı səfərbər olunacaq.
Görüş çərçivəsində, memarlar tərəfindən fəaliyyəti ilə bağlı səsləndirilmiş müxtəlif məsələlər ətrafında geniş müzakirələr, şəhərsalma və memarlıq sahəsində gələcək ikitərəfli əməkdaşlığın mümkün istiqamətlərinə dair fikir mübadiləsi aparılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 13 d. əvvəl
-
-
56 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























